Страница 2 из 2 · 50%

Məni sərdar Rəşidin bir sözü çox düşündürürdü, o mənə deyirdi ki: eRəiyyətin vali bacısına evlənməsi xalqın içərisində şübhəyə səbəb ola bilərə. Buna görə də sərdar Rəşidə sual verdim:

– Həzrət əşrəfin buyurduqlarına etiraz etmirəm. Lakin o şübhə məsələsini bir növ anlamadım, bir oğlanın bir qıza evlənməsi xalqın içərisində nə kimi şübhəyə səbəb ola bilər?

Sərdar Rəşid:

” İranda belə bir qayda vardır, – dedi, – kübar ailələrdən doğulan bir qızın adi bir rəiyyətə ərə verilməsi ancaq bir bədbəxt hadisənin, bir qeyri-şəri işin, daha açığı, bir rüsvayçılığın nəticəsində mümkündür, çünki kübar ailələrdən bir qız namussuz çıxdığı zaman və yainki qeyri-şəri hamilə olduğu vaxt bu namussuzluğu pərdələmək üçün rəiyyətə ərə verərlər və yaxud ev gədəsinin boynuna bağlayarlar. İndi mən də bundan qorxuram. Qorxuram ki, Mahrunu Ağa Əsədə vermiş olsaq, Təbriz camaatı da bu izdivaca haman mən dediyim rəngi versin. Bu iş həm məni xalq içərisində nüfuzdan salar, həm də qardaşınız Ağa Əsədin üstündə ləkə qalar. Özünüz buyurun, belə deyilmi?

Mən yenə də həmişə olduğu kimi ona sadə və yekrəng cavablar verdim, onu sakit etmək istədim.

– Həzrət əşrəf özü bilir ki, – dedim, – Mahru məsələsi elə də əhəmiyyətli bir məsələ deyil, onlar evlənsə də, evlənməsə də, bundan bizim ümumi məsələlərimiz zərərdidə olmaz. Bizim gündəlik məsələlərimiz daha da mühümdür. Mən ümid edirəm ki, siz bizə verdiyiniz sözün üstündə möhkəm duracaqsınız, bizimlə o ki, lazımdır əməkdaşlıq edəcəksiniz. Məmləkətin səadəti də həmin bizim getdiyimiz yoldadır. Biz sizi böyük bədbəxtlikdən müdafiə edirik. Sizin bizim əlimizdə olan gizli vəsiqələrinizin hər birisi sizin üçün islahedilməz və qarşısı alına bilməz bir təhlükədir. Lakin biz buna imkan vermədik, siz bizim həyatımıza sui-qəsd etdiniz və bizi Helminin əli ilə məhv etmək istərkən, biz yenə də ölkənin səlamətliyi üçün bu cinayəti həzrət əşrəfə bağışladıq. Siz onu bilməlisiniz ki, sizin əlinizdə bizi bədbəxt etmək üçün heç bir vəsiqə yoxdur, biz Təbrizi Helminin qarətindən qurtardıqsa, bu bizim üçün bir başucalığıdır. Biz erməni xalqını osmanlıların qətl-qarətindən müdafiə etdiksə, yenə də bunu hər bir kəs təqdir edə bilər.

Mən bunları dedikdə sərdar Rəşid sözümü yarımçıq qoyub:

– Ağa, məgər mən bu xidmətləri təqdir etmirəm? Məgər mən cənab sərkarın haqqımızda olan xeyirxahlığını danıram?

– Ona görə də bizə verdiyiniz sözlərdə doğruluq və səmimiyyət olmalıdır.

– Sizi əmin edirəm, axıra qədər sizinlə əməkdaşlıq edəcəyəm, təzə hadisələr barəsində öyrənib sizə təfsilən məlumat verəcəyəm. Ancaq elə olmasın ki, mənim mövqeyimə toxunulsun...

Vidalaşıb çıxdım. Faytona oturub sərdar Rəşidin qapısından bir az uzaqlaşdıqdan sonra Mahrunun məktubunu açıb oxudum:

«Əziz və mehriban qardaşım! Mən hər bir sözü sizə yazmaqdan utanıram, kaş anam bu zalımın atasının əlində məhv olduğu zaman mən özüm də məhv olaydım, bu əxlaqsızın əlində əsir olmayaydım.

Əziz qardaşım, hərgah sizin tapşırığınız olmasaydı, mən çoxdan bəri özümü məhv etmişdim, mən işin xatirəsinə bunun nazını çəkir və gecələri saat ikiyə qədər onun piyaləsini doldururam. Bir həftə bundan əvvəl gecə saat birdə yenə məst olmuşdu, mənim Əsədlə olan əlaqəmdən söhbət açdı və mənə təcavüz etmək istədi. Əlimdəki piyaləni onun başına atdım, dəyib gözünü yaraladı, buna görə konsulun gözünə görünməmək üçün Savucbulağa gedir.

Əsəbiləşdiyimdən xəstələnmişdim, bir həftədir ki, dışarı çıxa bilməmişəm, lazımi xəbərləri telefonla da danışmaqdan qorxuram. Məsələ belədir.

Bir neçə gün bundan qabaq konsul sərdar Rəşidə şiddətli və təhqiredici bir məktub göndərib Təbrizdə işləyən gizlin əllərin aşkara çixarılmasını tələb etmişdir. Konsul məktubunda İntizariyun firqəsini ifşa edənləri, çar və ingilis hökuməti əleyhinə intibahnamə buraxanları və sairləri sərdar Rəşiddən istəyir. Sərdar Rəşid öz mövqeyini müdafiə etmək üçün hər cürə cinayətə imkan verə bilər. Əziz qardaşım, bir az ehtiyatlı olmağınız lazımdır.

Bundan da əlavə, Təbrizdə təzə bir xəyanət hazırlanması ehtimalı da vardır. İki gün bundan əvvəl bir kərə gündüz, bir kərə də gecə saat 11-də iki iclas olmuşdur, gündüz islasında iki nəfər, gecə islasında isə doqquz nəfər iştirak etmişdir.

İkinci iclasda bir nəfər çar, bir nəfər də ingilis zabiti iştirak eləmişdir. Nə danışdıqları barəsində heç bir söz deyə bilmərəm. Lakin rusca, ingiliscə danışdıqlarını bilirəm: ingiliscə və rusca da tərcümanlar var idi.

Rica edirəm, əziz qardaş, məni bu zindandan qurtarmaq üçün tələsin, daha taqətim yoxdur.

Bacın Mahruə.

Məktub mənim halımı dəyişdi, məktubun bir neçə yerdən qaralanması onun ağlaya-ağlaya yazıldığını göstərirdi. Vicdan əzabı məni incidirdi. Hərgah bizim işlərimiz olmasaydı, bir gecənin içərisində mən onu azad etdirərdim, lakin mümkün deyildi, sərdar Rəşidin işini bitirincəyə qədər Mahru orada qalmalı idi.

Mahrunun məktubu bizə qismən bir xəyanətin düzəlməsi işarəsini verdi, lakin bunu lazımınca öyrənməli, ingilis və rus zabitinin sərdar Rəşidlə nə məsələ barəsində müşavirə etdiyini təyin etməli idik.

Evə gəldim, hələ Nina və Məşədi Kazım ağa səhər çayını içməmişdi, məni gözləyirdilər. Mən Mahrunun xəstəliyi və başına gələn hadisə haqqında Ninaya söhbət etmək istəmədim, çünki o, Mahrunu çox sevirdi, söz yoxdur ki, bu hadisəni eşitdikdən sonra çay içə bilməyəcəkdi. Lakin bunu bacarmadım, çünki bir çox təsadüflərdə mən ona xəbər vermədikdə o şübhələnir və qorxulu bir hadisə baş verdiyini zənn edərək nigaran qalır, əsəbiləşirdi. Buna görə də:

– Yaxşı, – dedim, – çayı içib qurtaraq, sizə qəribə bir söhbət edə- «əyəm, çox maraqlı söhbətdir. Nigarançılıq yoxdur.

Çayı içib bitirdik, Nina soruşdu:

– De görüm nə xəbər vardır?

Mən Mahrunun məktubunu nişan verdim. Nina yenə də ağladı və Mahrunu sərdar Rəşidin əlindən qurtarmağı məndən tələb etdi. Mənsə, «az qalın? deyərək onu sakit etdim. Mirzə Ələkbər xanı telefona çağırdım və onunla görüşmək istədiyimi xəbər verdim. Görüşmək üçün vədələşdik.

Həmişəki qayda üzrə axşam saat on birdə Mirzə Ələkbər xanın evinə getdim. O yenə də sevindi və yalançı mehribanlıq göstərib, Təbrizdə vaxt keçirmək üçün ziyalı bir cəmiyyət olmadığından şikayətləndi.

Mən də onun sözlərinə istər-istəməz beş-on kərə «bəli, bəli dedim, nəhayət, əsl məqsədə keçdim:

– Mən sizin yanınıza gizli bir məsələni aydın etmək üçün gəlmişəm. Bu günlərdə Təbrizdə təzə bir hadisənin baş verəcəyi ehtimalı vardır. O barədə də cənab xan müfəssələn məlumat əldə etməli və bizə xəbər verməlidir.

Mirzə Ələkbər xan heç də düşünmədən:

– Doğrudur, belə bir ehitmal vardır, – dedi. – İngilis və rus konsulxanaları arasında bu barədə müzakirə gedir.

– Nə kimi müzakirə getdiyi məlum deyildirmi?

– Müzakirələrin mövzusu məlumdur. Onların bütün məqsədləri Təbrizdə gizli işləyən inqilab komitəsi rəhbərlərini əldə etmək və onların üzvlərini həbs edərək İrandan sürgün etməkdən ibarətdir.

– Burası aşkardır. Onlar imkan əldə edərlərsə, bir gün əvvəl bu məqsədi həyata keçirərlər. Bizə lazım olan onların nə kimi tədbirlər görməsini bilməkdən ibarətdir. Onlar inqilab komitəsini nə kimi vasitələrlə ələ gətirmək istəyirlər?

– Bu günlərdə bu vəzifəni təşkil etmək üçün Tiflisdən bir nəfər yandarm polkovniki Təbrizə gəlmişdir. Hazırda burada Cənubi İran təriqi ilə gəlmiş iki nəfər də ingilis zabiti vardır. Bunlar konsulxanada bir neçə kərə görüşmüşlər. İki dəfə də sərdar Rəşidlə iclasları olmuşdur. Onların məqsədi Təbrizdə birinci növbədə müntəzəm bir casus təşkilatı düzəltməkdən ibarətdir.

– Siz bu barədə nə kimi köməklər verə bilərsiniz?

– Mən əlimdən gəldiyi qədər çalışıram. Məgər cənab sərkar bunu hiss etmirmi?

– Əlbəttə, hiss edirik, bu kömək hamımızın vəzifəsidir, xüsusən cənab xanın özü evətənpərəstdinə və namuslu bir iranlıdır. Siz bilirsiniz ki...

– Ağa, məgər bəndə bunu bilmirəm? Neçə illərdir ki, mən öz vətənimə kömək etmək üçün bir vasitə axtarırdım, əlhəmdülillah indi həmin vasitəni həyata keçirməyə başlamışam.

– Bizə birinci olaraq təzə casus təşkilatının planlarını öyrənmək lazımdır.

– Bunu öyrənmək çox çətindir. Hərgah bu plan çar konsulxanasında olursa, əldə etmək mümkündür. Lakin ingilislərin əlindən bir şey qoparmaq çox çətindir.

– Bu barədə çalışın, eyni zamanda casus təşkilatına yazılan üzvlərin də siyahısını əldə etmək lazımdır.

– Mümkün olan qədər! Bu barədə cənab sərkara söz verirəm.

– Təşəkkür edirəm! – deyə vidalaşdım, çünki başqa yerdə iclasımız var idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II. «Metropol»

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

19 мин
III. Fabrik-zavod rayonuna

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

39 мин
IV. Brilyant sırğalar

Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.

17 мин
V. «Ərdəhan» gəmisində

«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.

16 мин

Стихи других поэтов