Страница 2 из 3 · 33%

– Cənab general doğru buyururlar. İndiyə qədər xalqımıza bu açıq həqiqəti anladan olmamışdı, çünki xalqın anlaması qara fikir daşıyanlar üçün əlverişli deyildi, bu yazıq xalqa hər kəs ümumi məqsəd üçün yox, şəxsi məqsəd, şəxsi mənfəət üçün yanaşmışdır. İndi tam yeddi ildir ki, qara fikirli adamlar Təbriz xalqını dalısına salıb cürbəcür uçurumlara çəkir. Cənab general özü mülahizə buyursun: Təbriz xalqı hara, hökumətə asi olmaq hara? Təbriz xalqı hara, böyük Rusiya imperatorluğuna qarşı üsyan etmək hara? Bu yazıq camaat nə edə bilərdi? Onları öz ixtiyarına qoydularmı? Lakin indi camaatı qandırmışıq, artıq onlar öz dost və düşmənlərini çox gözəl tanıyırlar. Mən cənab generala xalqın tərəfindən deyə bilərəm ki, lazımi vaxtında, cənab generalın bir əmri olan kimi camaat öz sədaqətini göstərməyə hazırdır.

Konsul bu sözlərimdən sonra yenə də bir neçə kərə:

– Afərin, afərin! – deyərək əlavə etdi. – Sizin bu xidmətinizi təqdir edirik. Xariciyyə nəzarətinə yazmışam, sizin üçün birinci dərəcəli nişan xahiş etmişəm. Siz Rusiyanın iftixar nişanına layiq bir şəxsiyyətsinizl İndiyə qədər biz dostlarımızın heç birisindən bu cürə xidmət görməmişik.

– Cənab generalın böyük himayəsi bizim üçün yüz nişandan qıymətlidir. Bu qapıdan öz doğma evimə girən kimi girməyimin özü mənə böyük bir şərəfdir!

– Təşəkkür edirəm! Hələlik siz gərək yenə də bizim qoşun təchizatı məsələlərimizi öz öhdənizə alasınız.

– Eybi yoxdur, bunu yenə də bizim ən inandığımız Məşədi Kazim ağaya tapşırarıq, çünki o çox da pulpərəst adam deyil, özü də imperator hökumətinə xidmət göstərməyi özü üçün bir şərəf hesab edir, – dedikdə konsul:

– Biz gərək öz qazancımızı öz dostlarımıza verək, siz həmişə bunu yadınızda saxlayın, – dedi.

Qonaqların gəldiyini xəbər verdilər. Durub ziyafət salonuna keçdik, kiçik simfonik orkestr düzəlmişdi, yavaş-yavaş çalırdılar.

İngiltərə, Fransa, İtaliya nümayəndələri öz arvadları və qızları ilə bərabər gəlmişdi. Lakin mər: bunların heç birisi ilə maraqlanmırdım, mən ancaq Amerika konsulxanası katibi Friksonu gözləyirdim. Onunla görüşüb miss Hannanın işə düzəlməsi barəsində müqəddimə başlamaq istəyirdim. Nəhayət, ən sonda Frikson da öz arvadı Sara ilə gəldi. Konsul məni onunla tanış etdiyi zaman, o, diqqətlə mənim üzümə baxdı, çünki o məni bir kərə miss Hannanın ad günündə görmüşdü.

Şübhəsiz ki, amerikalı qızın alman casusu çıxması və Amerika konsulxanasına bu barədə verilən məlumat nəticəsində, eyni zamanda qızın birdən-birə Təbrizdən yox olmasından sonra Frikson mənə soyuqqanlı bir surətdə yanaşa bilməyəcəkdi. Bunun üçün də mən onu qabaqlayıb, özünün casus olması barəsində ona işarə vurmağa çalışırdım, hərgah mən qəflət etmiş olsam və fürsəti əlimdən buraxsaydım, Frikson çar konsuluna yaltaqlanmaq üçün mənim amerikalı qızla əlaqədar olduğumu söyləyə bilərdi.

Bu düşüncələr məni həddindən artıq rahatsız edirdi.

Friksonun arvadı Sara xanım da gəlib mənim əlimi sıxaraq:

– Biz sizinlə beləmi danışmışdıq? – dedi. – Siz tez-tez görüşəcəyimiz haqqında mənim canıma and içməmişdinizmi? Başınız sarı saçlı qızamı bənd olmuşdur?1 O zəngin qadınla təzəmi tanış oldunuz?

– Xeyr, o qızla çoxdan bəri tanışam, – dedikdə Sara kinayə ilə:

– Bundan sonra qadınlar saçlarını sarı rəngə boyamalı imiş, – dedikdə mən:

– Hər bir boyalı şeydə aldadıcı xasiyyət vardır, – dedim. – Mən sarı saçları təbii olduğu üçün sevirəm.

Nina da gəlib bizə yanaşdı, Frikson da gəldi, Friksonla mən onları buraxıb gəzişməyə başladıq. Frikson mənim üzümə diqqətlə baxaraq:

– Gərək ki, biz casus çıxmış və ifşa edilmiş alman qızının evində tanış olmuşuq, miss Hannanın yanında görüşmüşük, – dedikdə mən də çox soyuqqanlı bir surətdə cavab verdim:

– Mənim də xatirimə belə gəlir, sizi miss Hanna mənlə tanış etmişdi. O cür adamlarla tanış olduğuma təəssüf edirəm... Bu bəs deyilmiş ki, hələ onun evində daha böyük xəyanət sahibləri və öz dövlətinin sirlərini ayda beş min manata satan casuslarla da tanış oldum.

Bu sözümdə Friksonun dünyası dəyişdi, çünki Friksonun özü də çar konsulxanasından ayda beş min manat alıb Amerika konsulxanasında olan siyasi sirləri satırdı. Əlimizə keçən vəsiqələrin içində Friksonun xəyanətinə dair vəsiqələr də var idi. Mən ona göz qoymuşdum, o artıq məni buraxmaq istəmirdi, hər yana gedirdimsə, kö!gəm kimi dalımca sürünürdü. Artıq o mənə yaltaqlanmaq üçün mövzu aramağa başlamışdı. Papirosuma kibrit çəkir, çiynimə düşmüş papiros külünü barmağı ilə vurub təmizləyir, tez-tez «sizə və «siz cənabə deyə danışırdı, nəhayət, nicatı yenə də arvadında gördü və onu yanımıza çağıraraq:

– Bax, mərhəmətli cənaba sözün varsa, özün ərz et! Evdə həmişə deyirsən ki, cənab ağa iltifat buyurub, bizim evimizə gəlmir.

Sara xanım dedi:

– Mən sizdən qabaq cənab ağadan özünə şikayət etmişəm.

Mən də cavabında:

– Mən sizin gözəl, nəcib, mədəni xanımınızı heç vaxt unutmamışam. Lakin biz o qədər əhəmiyyətli adamlar deyilik ki, siyasi vəzifələr sahibi sizin kimi adamların vaxtını almağa cəsarət edə bilək,

– dedikdə Frikson:

– Xeyr, xeyr. Bu nə sözdür? Sizinlə olan bir gecəlik müsahibat bizdə yüz illərin təsirini buraxmışdır. Hərgah tənəzzül buyursaydıniz, sabah gecə sizi evimizdə gözləmək üçün bizə icazə verərdiniz.

– Xeyr, – dedim, – sizə zəhmət vermək istəmirəm.

– Bunu Sara xanım sizdən rica edir.

– Hərgah Sara xanım tələb edirsə bu tələbi qəbul etməyə hazıram, – dedikdə Sara:

– Gəlməsəniz küsəcəyəm, – dedi.

– Söz verirəm. – Frikson əllərini bir-birinə sürtə-sürtə məndən ayrılıb, Mirzə Ələkbər xana yanaşdı, onlar burunlaşmağa başladılar. Mən bundan şübhələndim, Frikson məsələni ona açıb deyə bilərdi. Çünki o, Mirzə Ələkbər xanın vasitəsilə ruslara satılmışdı. Mirzə Ələkbər xan özünü mənim yanımda çox kübar və məğrur tuturdu. Halbuki bizim əlimizdə onun həm Amerika, həm də Almaniya casusu olması haqqında lazımi sənədlər var idi. Mən bu barədə məlumatımızın olmasını onun qulağına pıçıldamaq istədim.

Frikson ilə Mirzə Ələkbər xan bir neçə kərə dolandılar, nəhayət, Frikson onunla bərabər mənə yanaşdı və birlikdə gəzişməyə başladıq. Mirzə Ələkbər xan söhbət arasında:

– Gərək ki, cənab ağa ilə birinci kərə yenə də cənab generalın ziyafətində tanış olmuşuq, – dedikdə mən məqsədimə giriş taparaq ona yavaşdan dedim:

– Mən cənab xanı yalnız rəsmi ziyafətlərdən deyil, həqiqi vəsiqələr vasitəsilə də tanıyıram.

Mirzə Ələkbər xan hələlik sözümün canını anlamadı, buna görə də laqeyd bir surətdə soruşdu:

– Cənab ağa hansı vəsiqələri buyurdu? – dedikdə mən yavaşdan qulağına dedim:

– Cənab xanı cənab Friksonla əməkdaşlıq etdirən vəsiqələri ərz edirəm. Birisi ayda yüz tümən, ikincisi isə ayda beş yüz tümənə sizi Vaşinqton və Berlinə bağlayan vəsiqələri, indi xatırladınızmı?

Bu sözdən sonra Mirzə Ələkbər xan qolumdan tutdu və Friksonu başqalarına buraxaraq mənimlə gəzməyə başladı. Mən onun həddindən artıq həyəcan və qorxu keçirdiyini vücudunun titrəyişindən hiss edirdim. O, qolumdan tutduğu üçün məni də titrədirdi, mən onun ürəyi keçəcəyindən qorxduğum üçün onu təskin etmək qərarına gəldim:

– Cənab xan, özünüzü ələ alın, – dedim, – bu qədər ciddi işlərə cəsarət edən sizin kimi adamlarda qüvvətli bir qəlb mətanəti də olmalıdır. Təşvişə lüzum yoxdur, sizin sirləriniz möhkəm əllərdədir, o əllər də sizin vəziyyətinizin pozulmasına imkan verməyəcəkdir.

Mirzə Ələkbər xanın dili açıldı və:

– Ağa, bir səhvdir olubdur, – dedi, – gərək ağa bu sirlərin açılmasına yol verməsin, yoxsa bəndə rüsvay ola bilərəm, – dedikdə mən papiros qutusunu çıxarıb onun qarşısına qoydum.

– Sizə söz verirəm! – dedim. – Siz bizimlə əməkdaşlıq etməkdən boyun qaçırmasanız, bu vəsiqələr barəsində heç kəs bir şey bilməyəcəkdir, əmin ola bilərsiniz.

– Elə bəndə çoxdan bəri cənab sərkar ilə yaxından tanış olmaq istəyirdim, hətta bu barədə Nina xanıma da bir neçə kərə ərz etmişdim.

O daha məndən əl çəkmirdi. Süfrəyə əyləşdiyimiz zaman belə məndən ayrılmadı. Ziyafət bitdiyi zaman Mirzə Ələkbər xan mənim əlimi sıxaraq:

– Sabah saat dörddə görüşə biləcəyikmi?

– Harada?

– Bizim evə təşrif gətirə bilməzsinizmi? Bir bəndə, bir də sərkar olmalıdır.

– Elə də lazımdır, – dedim.

kokok

İçəri girən kimi Mirzə Ələkbər xan irəli gəlib əlimi sıxdı və sual verdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İran Culfasında

Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

9 мин
Livarcan yaylasına doğru

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

11 мин
«Şahın bibisi oğlu»

Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.

6 мин
Hacı xan

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.

17 мин

Стихи других поэтов