İnzibati idarə
Lənkəranda iki inzibati idarə vardır. Biri Hökumət inzibati idarəsidir, biri də Krepost məhəlləsində müxbir Molotovun inzibati idarəsidir.
Molotov əslindən aptekxanada əczaçıdır. Ancaq bu işdə də ixtisası yoxdur. Onun üçün də qayırdığı davalardan hərdən bir uşaq-muşaq da zəhərlənibdir ki, işi indi istintaqdadır. Onun üçün də Molotov gördü ki, bu əczaçılıqdan bir mətləb çıxmayacaq, özünü verdi müxbirliyə. Lənkəran da ki, bir xırda avamistan məmləkətdir.
Bu da başladı yazmağa. Bir az keçmədi ki, Lənkəranın məsul işçiləri qorxusundan başladılar bunun başına cəm olmağa, buna itaət etməyə.
İndi qılıncının dalı da kəsir, qabağı da kəsir. Çünki hər bir kəsin ki, bir müddəisi ya bir rəğibi var, gedir Molotova şikayət edir və yalvaryaxar ilə müddəisini ya rəğibini qəzetəyə yazdırır. Necə ki, axır vaxtda Cavad Babayevin müddəilərinin və rəqiblərinin birinin yalvarmağına görə Molotov gündəlik böyük qəzetələrin birinə yazdı ki, Babayev arvadını qeyri-bir idarədə maşiniska qulluğuna qoydurub və baldızını da yenə bir əlahiddə idarədə bir balaca qulluğa qoydurub (doğrudan nə böyük cinayət!!! Vaveyla!).
Xülasə, əczaçılıqdan-məczaçılıqdan bir mətləb hasil olmur (onda də əczaçılıqdan heç başın da çıxmaya). Özünü ver bir avam və qaranlıq yerə və adını qoy müxbir. O dəmdə sənin qapın köhnə əsrlərin qubernat qapısına oxşasın.
Cırcırama
“Molla Nəsrəddin”, 21 iyun 1928, №25
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-inzibati-idare
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıda “Dəmdəməki”yəAy Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın?
LüğətMolla Nəsrəddinin qamusül-əlamından:Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır.
Poçt qutusuLənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.
Niyə məni döyürsünüz?A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.
Стихи других поэтов · Сатира
Bir rübaido dörd qələt buraxır,Barakallah, bizim müsəhhihlər.
Qurban bayramıBir də görsəydim səni röyadə, qurban bayramı,Həsrətim qalmazdı bu dünyadə, qurban bayramı!
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,