Üsuliddinin birincisi – vəhdaniyyətə qane olmaqdır; yəni – Allah birdir, iki deyil. Dəlili-əqli–filan. Dəlili-nəqli–filan və filan.

Və lakin bu söhbətlərin hamısı Oktyabr inqilabı nəticəsində qoydu getdi işinə; zira bir surətdə ki, biz Allahın özünü inkar edirik, dəxi burada tövhid də gedir işinə, qeyriləri də gedir işinə.

Həmçinin istehsalat işləri sahəsində: qabaqlarda tək bircə direktor var idi–vəssəlam; nə yaçeyka, nə zavkom. Yəni, nə özək və nə zavod komitəsi. Onunçun də direktor cənabları hakimi-mütləq idilər. Bas, kəs, günahsız işçiləri qov, günahkarları birinci dərəcəyə çıxart və tək bir sahibkarlardan savayı heç bir kəsə cavab verməli deyilsən.

Onunçün də bir paraları böyük qəflətdədirlər; hansıları ki, güman edirlər ki, firqənin mərkəzi komitəsi qərara aldığı təkbaşçılıq məsələsi istehsalat işlərində yenə köhnə direktorların “ağalığını” yada sala biləcəkdir; çünki təzə qərardad zavod və fabrik direktorlarını özək və komitənin məsləhətindən büsbütün azad eləmir; biləks, həmişəki kimi, axırıncıların yoldaşcasına məsləhətini direktorlar və müdirlərə ən lüzumlu hesab edir.

Necə ki, etiqad aləmindən vahid Allahlar dəxi getdi işinə, – habelə istehsalat işlərində də vahid müdir cənabları və qolçomaq direktorlar, – habelə dəxi qayıda bilməyəcəklər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 31 oktyabr 1929, №44

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İranlılara

Dünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.Dedim:

2 мин
İran fəhlələrinin pulu hara gedir?

Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim.Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sərhəddən o tərəfə, ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər.

4 мин
İbrət qalanlara

Bir böyük adam bizim Aşqabadda naxoş idi, mən getdim ona baxmağa. Evə daxil olub oturmuşdum ki, gördüm Əzrail varid oldu, mənə baxıb bir güldü, bu adamın başı üstündə oturub qəbzi-ruh buyururdu. Bu halda o adam mənə dedi: bəs niyə mən belə ölürəm? Mən dedim, dinmə, kəlmeyi-şəhadətin de, kəlmeyi-şəhadətini demədi, amma ölən adama bu sözü dedim:Qəd ətəlmövt yığışdır ta büsatın bir görüm,

1 мин
“Rəhbər”

Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır.Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar.

2 мин

Стихи других поэтов · Сатира