İbrət qalanlara
Bir böyük adam bizim Aşqabadda naxoş idi, mən getdim ona baxmağa. Evə daxil olub oturmuşdum ki, gördüm Əzrail varid oldu, mənə baxıb bir güldü, bu adamın başı üstündə oturub qəbzi-ruh buyururdu. Bu halda o adam mənə dedi: bəs niyə mən belə ölürəm? Mən dedim, dinmə, kəlmeyi-şəhadətin de, kəlmeyi-şəhadətini demədi, amma ölən adama bu sözü dedim:
Qəd ətəlmövt yığışdır ta büsatın bir görüm,
Duzəxə çöndər üzün həm cənnətə dalın görüm,
Aldığın rüşvətləri bəxş eyləyəsən Əzrailə,
Çarəsi yoxdur, əzizim, söylə halın bir görüm.
Ay bəri bax, bəri bax,
Dön bəri bax, bəri bax.
Qərəz ki, Əzrail əleyhüssəlam bunun canını aldı və mənim yuxarıda dediyim kürdi bayatı ki, o naxoşa təsəlli verirdim. Əzrailə xoş gəldi, mənə dedi ki, gədə, sən nə xoşdamaq adamsan, gecə bunun ruhunu gətirrəm sizə, bir xəlvət yerdə oturax, bir az təfrihi-dimağ eyləyək. Mən dedim ki, çox yaxşı hazıram. Gecə mənzildə oturmuşdum ki, gördüm damdan bir parça nur düşdü və Əzrail idi, cibindən çıxardıb şah-nəfir tərkibində bir şeyi yerə qoydu, gərək ki, görmüş olursuz, İranda hər kəsin evində divara vurulan coğrafiya kartının əvəzinə bir şəkillər var ki, Əzrail Şəddadın canın alır, bə eynə ona oxşar idi, başın açıb mənim qabağıma qoydu və naxoş adam məni gördü, sərasimə mənə dedi ki, bunun əlindən məni qurtar, varyoxumu ver buna getsin. Əzrail çox bu sözdən güldü, çün mən şah-nəfirdən qorxurdum, üzümü onun ruhuna tutub bircə bunu dedim və qaçdım:
Bəsdi dəxi cənab, sür dərəyə humarun,
Fironluq qurtardı, qalmadı iqtidarun.
Bas bayıra səbətin quyruğunu qoy günə
Çək qəmişin, getgilən özün və balaların.
Dəmhayi-xoş nəva bebin
Təzəbətazə nobəno
Və Əzrailə dedim: in süxən begüzar ta vəqti – digər.
Dəli
“Molla Nəsrəddin”, 6 oktyabr 1906, №27
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ibret-qalanlara
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən vağzalda bir cavan oğlan, əlində çamadan sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin.Maşın fışqırıqladı, çıxdı getdi.
ƏlifbaLazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?
Övrət məsələsiBu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. Biz də lazım görürük bu məqalələrin məzmunundan oxucularımızı xəbərdar edib, öz fikrimizi və rəyimizi müxtəsərcə söyləyək.Bakıda çıxan gündəlik “İbadət” qəzetinin 215-ci nömrəsində belə yazılıb: “Bəli, Balkan müharibəsini gördük, orda icra olunan müharibə vəsilələrini müşahidə qıldıq və axırda yadımızda qalan və gələcək tarixə yazılmalı olan mənzərə həmindir ki, tərəfeynin birinin əskərləri miyanında bolqar xanımları topçuluq vəzifəsi icra edəndə, yaralıları bağlayanda, teleqraf, mühəndis və qeyri bir xidmətlərdə bulunanda, osmanlı tərəfində tək bircə qadın gözə sataşmırdı və sataşa da bilməzdi və bununla belə biz mürurla avropalılara basılmağımıza və yavaşyavaş yox olmağınıza təəccüb edirik. Xeyr, xeyr təəccüb etməməli! Zira ki, xanımı ilə meydana çıxan bir igid, əlbəttə, tək meydana çıxan igidi basacaq”.
ManifestQayda belədir: həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. Kiminin qohumu və qardaşı dustaqdır, – gərək azad oluna, kiminin nidamkası var, – bağışlanacaq, kiminin sudda işi var, – bilmir nə tövr qurtaracaq.Amma çox heyif olsun ki, Bakıda çıxan müsəlman qəzetlərimiz bu barədə bir şey yazmırlar. Bu səbəblərə görə biz lazım görürük oxucularımıza bir qədər məlumat verək.
Стихи других поэтов · Сатира
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
İranlılarBarəkallah, çox nəcib insandılar iranlılar,Her kim eşşəksə ona palandılar iranlılar.
OlmasınArif odur ki, dəhrdə əhli-ədalət olmasın,Sahibi-əğlü mərifət, kani-səxavət olmasın!