Kişi gəlir
Mən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.
Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
Və yenə mat qalmalı işdir ki, nə səbəbə bir para müsəlman qardaşlar razı olurlar ki, övrətləri yad kişilər ilə üzüaçıq danışırlar.
Görəsən, necə onlar qorxmurlar? Vallah, qurd ürəyi yeyiblər.
Amma, doğrusu, mən qorxuram.
Mən ondan qorxuram ki, mənim övərətim çıxa kişilərin içinə və görə ki, dünyada məndən də yaxşı kişi var.
Məhz bu səbəbə mən övrətimin qonaq qabağına çıxmağına razı olmuram; çünki qorxuram ki, məndən savayı bir özgə kişi görə, qəlbi dolana.
Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zaddan qorxmaram; onda izn verərəm hər kəs ilə istəyir danışsın. Amma bir surətdə ki, onun mənə məhəbbəti yoxdur, – otaqdan kənara çıxmağına razı ola bilmərəm.
Məhəbbəti mənə ondan ötrü yoxdur ki, o heç bilmir məhəbbət nədir. Onu mənə on dörd yaşında könülsüz verəndə mənim qırx doqquz yaşım var idi; amma mənə ondan ötrü gəldi ki, bir kasıb qız idi. Mən özüm də bilirdim məni istəməyəcək, ancaq mənim pulumu istəyəcək, qızılımı istəyəcək. Amma nə eybi var, Allah müsəlmançılığa bərəkət versin; məndən savayı o kimi görəcək ki, məndən savayı özgəsinə məhəbbət yetirsin! Hərçənd hərdənbir aşpazımız ilə xəlvətə düşəndə sulaşırlar, amma mən də daha evdə kişi qulluqçusu saxlamıram.
Yenə Allah müsəlmançılığa bərəkət versin. Hərdənbir mənim Avropa tərbiyəsi tapmış tanışlarımdan mənə deyən olur ki, “niyə övrətini dörd divar içində dustaq saxlayırsan?” mən də ona cürət ilə cavab verirəm:
– Müsəlman övrətinin yad kişiyə görükməyinə şəriətimiz izn vermir.
Amma bunu da bilirəm ki, mənim bu sözlərimə də inanan olmayacaq; çünki şəriətdən qorxmuram, övrətimdən qorxuram. Əgər şəriətdən qorxan olsaydım, binamaz olmazdım, gecə-gündüz çaxır içməyi özümə adət etməz idim; atabir, anabir bacımın atadan qalan mülkümüzdən olan hissəsini qəsb eləməzdim.
Və bir də qaldı ki, bir para ağzıqəşənglər başlayıblar qəzetlərdə yazmağa ki, nə bilim gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar, uşaqlarına tərbiyə versinlər, cəmiyyətlər tərtib eləsinlər, çalışsınlar, vuruşsunlar ta ki, millət qabağa gəlsin; yoxsa bu minval ilə getsə, İran da, Osmanlı da puça çıxacaq və övrətlərimiz yevropalı bacılarına özlərini yetirməsələr, yer üzündə heç bir islam milləti mədəniyyət meydanında qabağa dura bilməyib basılacaq və bir balaca Şvetsiya hökümətini təmsil gətirirlər ki, maarifin bərəkətindən Rusiya kimi kəl ilə baş-başa vurmağa hazırlaşırlar.
Kəs səsini namərbut!
Amma ravi rəvayət eləyib ki, bu heyndə içəri otaqdan dörd divar içində asılmış qəfəsdən belə bir səs gəlirdi:
– Ax, vay!.. Boğuldum!.. Boğuldum!.. Hava! Hava! Barı pəncərəni açın!.. Boğuldum!.. Hava!.. Hava!..
– Kəs səsini, bihəya! Kişi gəlir, yavaş danış!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 11 aprel 1914, №13
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-kisi-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.
İdarədənBu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?
Ovuc yazısıOvuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?
İki cür rəvayətQəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik.Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.
Стихи других поэтов · Сатира
Çıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
İki cavablara bir cavabТы молод, не куражься, брат, не зазнавайся, черт возьми!Не гогочи, как мальчуган из невоспитанной семьи!
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,