Poçt xərci
Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.
İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.
Bu işlərdən anlaşılır ki, tək Bakıda yox, Azərbaycanın qeyri şəhərlərində də poçt xərcləri çox-çox artıblar.
Aşkardır ki, hər bir bahalıq dadüstədin qabağını alan kimi, poçtun da bahalığı nəşriyyatımızın yatmağına bais olacaqdır.
Bizə yəqindir ki, bu səhvdən və bəlkə belə qəflətdən Şura hökumətinin xəbəri yoxdur, zira ki, Şura hökuməti nəşriyyat tərəqqisinin birinci tərəfdarıdır.
Poçt baş idarəsi bunu bilməlidir və öz səhvini düzəltməlidir, çünki poçt müxabirəsinin çətinliyi və intizamsızlığı poçt baş idarəsi üçün hər bir zamanda əsbabi-töhmət olub və olmalıdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 mart 1923, № 16
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-poct-xerci-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Otİlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:
YuxuMolla, salaməleyk!Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan?
Стихи других поэтов
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı