Bu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.

Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?

Bakıda dərya kənarında torpaq idarəsinin təhtində bir böyük və çox böyük əkin maşınları anbarı var ki, orada olan kiçik və böyuk maşınların həddi-hesabını heç torpaq müdiri özü də bilmir, heç sklad müdiri özü də bilmir. Gediniz bir yaxşıca xəbər tutunuz, biliniz, aya neçə ildir o maşınlar orada yağış və qarın altında çürüyürlər; qeyri şəhərlərdə olan maşın skladları habelə.

İndi sizlə mərc gələrək, bir kəndli əkinçini göndəriniz getsin o maşınların birini istəsin. Əvvəl qabaq müdir deyəcək: bu qədər qızıl pul gətir qoy stolun üstünə, get məsələn, kotanı apar.

Əgər yalan deyirəmsə, yaz yalan deyirsən.

Və məhz səbəb budur, haman kəndli gəlib bir kotanı ya sovuraq maşınasını istəyəndə, qabaqca qızıl pulunu sayıb stolun üstünə qoymur. Bə işlər nə qədər ki, bu minvalla gedir, Zəyəmdə də kəndlilər babadanqalma cütə dəvələri qoşub “ço, ço” eləyəcəklər. Bakının kəndlərində də belə eləyəcəklər, qeyri kəndlərdə də belə edəcəklər.

Amma sən indi haman Bakının skladının dəsgahına bax, oranın ştatına bax, orada əyləşən ağaların damağına bax.

Qoy rəiyyət də cütün ardınca dəvələri, ya arıq öküzləri döyə-döyə kənardan tamaşa eləsinlər.

Lağlağı

“Molla Nəsrəddin”, 10 mart 1923, № 16

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vodka

Məlumdur ki, İranda bir şəxs istəyəndə ki, onun şəhərdə söhbəti olunsun, şərab içib keyflənib küçəyə çıxır və başlayır özünü o divara, bu divara vurmağa; və çün İranda küçədə keyflənmiş müsəlman bir qəribə şeydir, ona görə şəhərdə hamı onun söhbətini eliyir.Batumda sakin olan müsəlmanlar istəyirlər burada da İran qaydası ilə özlərini məşhur etsinlər, dəxi mülahizə eləmirlər ki, Rusiya küçələrində piyan heç kəsə təəccüb gəlməz. Neçə gün bundan əqdəm burada iranlıların əncüməni-xeyriyyəsinin mənfəətinə sirk oyunu çıxardırdılar. Biletlərin satılmağını əncümən əzası öz öhdəsinə götürmüşdülər. Biletləri çox əziyyət ilə, yalvarmaq ilə iranlılara satdılar. Bilet alanların bəzisi elə ağlıyırdı ki, adamın yazığı gəlirdi. Amma axşam oyun vaxtı övza bilmərrə dəyişilmişdi. Oyunun aralığında müsəlmanlar arağın üstünə belə tökülürdülər, guya Qarabağ əkinlərinin üstə çəyirtgə tökülür.Gündüz ağlıyıb “vallah, bir manatdan artıq pulum yoxdur” – deyən müsəlmanlar pulları ciblərindən qat-qat çıxardıb vodkasatana verirdilər.

1 мин
Kabla Həsən

Naxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub.Biçarənin övrət-uşağı başladı ağlaşmağa.

1 мин
Tarix

İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.

2 мин
Seyidlər

Bir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar.Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı.

1 мин

Стихи других поэтов