Başını piyliyim
Azərbaycanın çox yerlərində bir belə söyüş var: “Başını piyliyim”. Nədir bunun mənası?
Baş – məlumdur, bədənin yuxarı hissəsidir.
Piy – bu da bədənin yağıdır. Həmin piyi əridib yeyərlər və bir para şeylərə sürtərlər ki, yumşaq olsun və zıvıldaq olsun.
Bəs, başı piyləməyin nədir mənası və başı nədən ötrü piyliyirlər? Məsələn, bir adam o biri adamı söyəndə deyir: başını piyliyim, ay ərdəbilli Mirzə Ələkbər axund!
Məsələn, Yunanıstanda indi bu saat şiddətli taun azarı var. Keşişlər küçələrə müsəllaya çıxırlar və əllərində Məryəmin şəklini gəzdirirlər ki, taundan camaat xilas olsun.
Bu yerdə deyərlər ki, başını piyliyim, a belə keşişlər!
Məsələn, Azərbaycan kəndlərində müsəlman qızlarının dərsə ağır getməklərinə ümdə səbəb bir para şura sədrlərinin avamlığı və şəriətpərəstliyidir. Bu yerdə də deyirlər: başını piyliyim, a belə şura sədri!
Mənim oxuculardan bir iltimasım var: ərdəbilli Mirzə Ələkbər ağanı, yunan keşişlərini və dindar kənd şura sədrlərini birisi söymək istəyəndə deyir: başını piyliyim.
Aya, nədir bunun mənası? Çünki məlumdur ki, hər bir şey piylənəndə zıvıldaq olar, görəsən, bu cənabların başlarını piyləməkdə camaatın məqsədi nədir? Bu məsələyə cavab gözləyəcəyəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 oktyabr 1929, №43
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-basini-piyliyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm.Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.
Anam-bacımO qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, – heç bir özgə millətdə yoxdur; məsələn, bir övrət ki, bu gün mən onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istər saxlaram, kefim istər boşaram.Dəxi bu aşkar bir işdir.
Təfavütİran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır.Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı.
ÇuvalBir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.– Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.
Стихи других поэтов · Сатира
Tə’nü təhqirə təhəmmül edərəm mən, lakinTə’n edən zati-firumayədə vicdan olsa;
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdansonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqqulu
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!