Anam-bacım
O qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, – heç bir özgə millətdə yoxdur; məsələn, bir övrət ki, bu gün mən onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istər saxlaram, kefim istər boşaram.
Dəxi bu aşkar bir işdir.
Elə belə də gərək olsun və azadlıq da məhz buna deyiblər. Kefim istəyir saxlayıram, kefim istəmir boşayıram və heç bir kəsin haqqı yoxdur mənə desin: “Niyə arvadını boşamırsan?”, yainki “niyə arvadını boşayırsan?”.
Və azadlıq da elə budur. Kefim istəyir saxlayıram, istəmir boşayıram.
Amma nə cürsə, bizim içimizdə az ittifaq düşür ki, bir kişi övrətini boşamaq istəyəndə mərd-mərdanə desin ki, “mən səni boşayıram”. Çox vaxt görürsən ki, bir bəhanə ortalığa gəlir və axırda kişi övrəti o qədər incidir ki, övrət təngə gəlib, özü durub çarşovunu salır başına, gedir atası evinə. Əri də “şükr Allaha” – deyib, gedir molla yanına və övrəti boşayır.
Bu da bəzi yerdə cürbəcür olur. Məsələn, Gəncədə bir kişi övrətindən doyanda belə bəhanə eləyir ki, məsələn, “məluna övrət mənim anamı söyür və məndən izn almamış həyətə çıxır” və bu bəhanəni əldə tutacaq edib övrəti beş-on gün salır kötəyin altına; axırda da övrət cana doyandan sonra çıxıb qaçır.
Bakının Sabunçu kəndində də bir özgə cür rəftar olunur; burada kişi övrət boşamaq fikrinə düşəndə iki dəst rəxti-xabı verir arvadın dalına ki, “flan flanın qızı, bunlar köhnəlib, apar atan evinə, təzəsini al gətir!”. Xülasə, axırda övrət təşrif aparır.
Vladiqafqazda da lap özgə sayaq olur: burada bir müsəlman övrətindən zəhləsi qaçanda gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. Söz yox, öləndən sonra kişinin canı bilmərrə qurtarır.
İrəvanda, Naxçıvanda və İran məmləkətində övrət almaq adət deyil; çünki buralarda həmişə və hər cür övrət siğə etmək mümkündür, müddəti də bir saatdan üç ilə kimi. Nə cür meylin olsa, düzələr.
Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir və halonki kişi övrəti boşamaqda muxtardır və o qədər azadlıq ki, biz müsəlmanlara verilib, millətlərin heç birinə verilməyib: Bu gün damağım çəkdi aldım, sabah kefim istədi boşadım – vəssəlam! Burada nə kötək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə.
Allah bərəkət versin: nə çoxdur molla! Boşa qoysun getsin!
Bizim məsləhətimiz.
Ancaq bu məsələdə biz belə məsləhət görürük: söz yox, dünyada nə qədər gözəl övrət olmuş olsa, onun ləzzəti çoxu-çoxu bir aydır. Elə ki, ikinci aya ayaq qoydu, dinməz-söyləməz övrəti çağır yanına, dur bir dəfə də onun alnından öp və mehribanlıqnan ona de: “Ay arvad, dəxi bundan sonra sən mənim anam-bacımsan, vəssəlam!”. Dəxi bundan savayı heç bir dava-mərəkə lazım deyil.
Qərəz, bizim məsləhətimiz budur.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 19 may 1908, №20
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-anam-bacim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.
İnna Lillahi və İnna ileyhi raciunXülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.
DinsizlikPənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.
Qız mütribləriMəlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?
Стихи других поэтов · Сатира
Olma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,