Bir para sözlər
Osmanlı kəndlərində və xırda şəhərlərində indi heç kəsin xəbəri yoxdur ki, dunyada nə işlər törəyir. O səbəbə ki, Osmanlıda qəzet və jurnallar həmişə qədəğən olublar.
Yaranmışların hamısı öləcək: istər gəda ola, istər padşah ola; necə ki, mərsiyəxanlarımız hər gun müsəlmanlara deyirlər: “öləcəksən, əgər ki, şah olasan”.
Uzun arxalıqla qanuni-əsasi heç vaxt bir-birini tutmaz. Hər kəs uzun arxalıq geyir, -gərək qanuni-əsasidən əl çəksin.
Şəhərlərin birində bizim jurnal satan vəkilimiz baxıb görüb ki, jurnal alanlar oxuyandan sonra jurnalı verirlər bir özgəsinə oxumağa və bu cəhətdən jurnalımız az satılır. Vəkilimiz gedib polisəyə şikayət edib ki, bu qaydanı hökumət qədəğən eləsin. Polisə cavab verib ki, “mənə bunun dəxli yoxdur”.
Dünən bir müsəlman idarəmizə gəlib və əlində bir müsəlman qəzeti gətirib soruşur:
– Ay Molla Nəsrəddin, sən Allah, bir de görüm bu nə vilayətdir ki, yazılıb: “bu sənə”-Dedim:
Bu vilayət qabaqca Osmanlı vilayətlərindən idi ki, indi oranı Avstriya qəsb eləyib.
Müsəlman bir az baxandan sonra yenə barmağını qəzetin bir yerinə qoyub soruşdu ki, “Hərsək” vilayətinə niyə belə pis ad qoyublar? Məgər burada çox it olur?
Mən dedim ki, “yox ondan ötrü deyil, “hərsək” fars sözü deyil, vilayət adıdır, o da Bosniya kimi şeydir”. Müsəlman gedəndən sonra öz-özümə dedim: “hələ biz də bu hürufat ilə istəyirik ki, özgə millətlərlə kəllə-kəlləyə verək”.
Gəncə üzümü çox yeməli olur.
Sultan Əbdulhəmidin məxsusi şeyxi özü kimi müftəxor mollalara şeyxlik icazənaməsi paylayıb, rüşvətləri ciblərinə dolduranda nə sultan Həmidin, nə şeyxlərin yadına düşürdü ki, bir vaxt olar, bolqarlar, kritlər və bosniyalar Osmanlını atıb gedərlər özgələrə yapışarlar; necə ki, aşıqlar oxuyarlar: “bir vaxt olar sən də məni atarsan”.
Tehranda şeyx Fəzlullah “Əsrari-Qasimi” kitabının üzündən təzə qanuni-əsasi yazıb. Amma deyirlər ki, zalım oğlu çox yaxşı yazıb.
Belə görürəm ki, Avropa hökumətləri bir az çığır-bağırdan sonra Bolqariya və Avstriya məsələsini axırda Allaha tapşıracaqlar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 oktyabr 1908, №40
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bir-para-sozler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Əzizim Məmmədəli!Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.
Əzizim Məmmədəli!Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur.Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida.
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.
Стихи других поэтов · Сатира
Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
GəlibDinçilər, hazır olun, bir qoca ovbaş gəlib,Bütün əmmaməli meymunlara yoldaş gəlib.