“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.

Adamına baxar və yerinə baxar.

Bu günlərdə Tiflis cəmiyyəti – xeyriyyəsinin iclasında katibdən söz düşdü. Yəni bir elə cavan axtardılar ki, həmi rusca oxumuş olsun, həmi də müsəlmanca savadlı olsun ki, cəmiyyətin dəftərlərini yazsın və qeyr yazı-pozusunu əmələ gətirsin.

Hazırda olan ağaların hamısı rusca yarımçıq oxumuş və bir parası dolu oxumuş cavanlar və qeyr cavanlar idi.

– Kim katib olsun? Bəli, filan bəy katib olsun – bu sözü eşidən kimi haman bəy yerindən qalxıb təşəxxüs ilə deyir: – Ağalar, mən rusca bilirəm, amma müsəlmanca “panimat” eləmirəm, yəni qanmıram, yəni bilmirəm, məni katibliyə seçməyin.

Çox əcəb, bir surətdə ki filan bəy müsəlmanca bilmir, filan ağanı katib seçək.

Haman ağa da genə haman bəy kimi pəhlivan kimi ucadan camaata xəbər verir ki, “mən rusca yaxşı bilirəm, amma müsəlmanca “neznayu”, yəni bilmirəm.

Bu sözləri yazmaqda mətləbim budur ki, yarımçıq və qeyri yarımçıq oxumuş cavanlarımıza desən ki, “sən rusca çox yaxşı bilmirsən” – bu cavan səninlə böyük dava başlar. Yəni rusca “bisavad” olmağını özü üçün böyük eyib hesab elər.

Amma haman ağalar müsəlmanca bilməməklərindən nəinki utanmırlar-bəlkə bilməməklərinə hələ fəxr eliyirlər.

Amma oxucularımızdan xahiş edirəm ki, bunun səbəbini məndən soruşmasınlar, çünki mən bilmirəm nədir bunun səbəbi.

Və bilmək də çox çətindir.

Cırcırama

“Molla Nəsrəddin”, 8 fevral 1909, №6

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Molla Nəsrəddinin hesab məsələləri

Mübtədilərdən ötrüNömrə 10. – Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci…

1 мин
Əbdürrəhim əfəndi

Alicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhanitərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqarelli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlə bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, – göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alindən dəxi də artıcaq bir başqa padarkaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi 40 ədəd peçenyə manənd çörək bişirdib, hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiniz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”.Molla Nəsrəddin öz tərəfindən:

3 мин
Axund ilə keşişin vəzi

İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.Bir gün atla həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuqcücəyə dən səpirdi; bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə-bu tərəfinə qaçırdı və pişik mavıldaya-mavıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

4 мин
İran konsulları

Yetişsə daşlara fəryadi-dadim, daşlar ağlarlar,*Bəni-növi-bəşər, sən bəs neçün fəryadə yetmirsən?*

3 мин

Стихи других поэтов · Сатира