Cəfəngiyat
təmizlik
Bakı şəhəri keçən il indikindən də təmiz idi.
Bildir küçələrdə zir-zibil qarışmışdı it-pişik ölçüsünə, divarların dibi elə biabır idi ki, evə qayıdıb gələndə gərək ayaqlarına qüsl eliyəydin.
Bu halda bildir vəba azarı düşdü. Elə ki, azar başladı şiddət eləməyə, mən elə xəyal elədim ki, indi daha şəhəri təmizləyəcəklər, amma bunun əvəzində bir də gördüm ki, haman nəcisli küçələrin zibillərinin üstə bu məzmunda bir yazı yazıb yapışdırıblar: “Çistota vraq zarazı”, yəni təmizlik azarın düşmənidir.
Hər kəs gəlib oxuyurdu, keçirdi. Doğrudan da bu yazının çox xeyri oldu; çünki vəba azarı başladı azalmağa və axırda da lap qurtardı.
Bir fikirləş, gör bu yazının hikməti nə dərəcədəydi ki, küçələr üfunətli ola-ola, yenə azar rədd oldu getdi və bir də daha zir-zibilləri yığışdırmaq lazım olmadı. Və indi də haman səbəbdəndi ki, bildirki zir-zibilə hələ əl vurulmayıb və heç lazım da deyil; çünki bir də vəbadan zaddan gəlsə, (yenə taun da gələ bilər), bir parça kağızdı, yazıb yapışdırarıq divarlara, azar-bezar öz-özünə qaçıb gedər.
Onun üçün indi küçələrdən keçəndə adamın başı çatdıyır, adamın ürəyi qalxır.
Cəfəng
“Yeni yol”, 28 oktyabr 1922, №6
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-cefengiyat-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:– Dükanımı yığışdırıram.
CəriməSən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.
İnna Lillahi və İnna ileyhi raciunXülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.
DinsizlikPənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.
Стихи других поэтов · Сатира
Bir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Gəlir“Abdulla Cövdət” həzrətlərinə bənzətməZurnaçı toyda zurnasın çalsa,
Bilmirəm bu Kamal əfəndilərBilmirəm bu Kamal əfəndilər,Nə üçün bikamal olur, ya Rəb?
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,