Çətin məsələyə cavab
Bir darülmüəllimində altmış dörd müsəlman uşağı ola və bunların ikisi müsəlman dili bilməyə ( yəni nə eybi var?), bunlara şəriət dərsini nə dildə demək lazımdır, rus dilində, ya müsəlman dilində?
Bu məsələyə keçən nömrəmizdə cavab istəmişdik. Çünki indiyədək heç bir kəsdən cavab çıxmadı, biz yəqin edirik ki, bunun səbəbi məhz budur ki, məsələ çox çətin məsələdir.
Hərə bir belə ittifaqda, yəni bir çətin məsələ ariz olanda biz yoldaşlarımızı bir yerə cəm edib “konfrans” məclisi qururuq və ağıl-ağıla verib məsələni həll edirik.
Yoldaşımız “Hərdəmxəyal” bu barədə bir söz danışmaq istəmədi və cavab verdi ki, bu gün qəmər əqrəbdən xaric olur. Bu gün ağıl işlətmək və iş görmək yaxşı deyil.
“Mozalan” cavab verdi ki, bir məktəbdə altmış dörd müsəlman uşağının ikisi müsəlmanca bilməsə, acıqnan şəriət dərsi vermək lazım deyil.
“Hop-hop” dedi ki, hamısından yaxşısı budur ki, uşaqların hamısı dərsdən qaçsınlar və şəriət dərsini nə müsəlmanca oxusunlar, nə rusca.
“Qızdırmalı”nın cavabı budur ki, şəriət dərsini hər surətdə rus dilində vermək lazımdır.
Qaldı “Lağlağı”, bu evi xarab başladı: Başağrısı olmasın, bir gün var idi, bir gün yox idi, bir İrəvan şəhəri var idi, orada bir darülmüəllimin var idi, o darülmüəlliminin bir rəisi var idi ki, adına Miropyev deyirdilər. Haman Miropyev indi Qori darülmüəlliminin rəisidir.
Cənab Miropyev, başağrısı olmasın on iki il bundan irəli bir kitab yazıb və haman kitabında deyir ki, “Mən müsəlman millətini çox, çox, çox dost tuturam, amma bircə işləri xoşuma gəlmir. “Namazı müsəlman dilində qılırlar, rus dilində qılmırlar”.
Odur ki, cənab rəis məhz müsəlmanları istəməklik yolunda o vədədən indiyə kimi şəriət müəllimlərinə şəriəti müsəlman dilində öyrətməyi qədəğan edibdir.
Odur ki, Cənab Miropyev hətta yuxuda da müsəlmanca danışan uşaqların qulaqlarını kəsir ki, bir də belə qələt eləməsinlər. Bu sözləri deyəndən sonra “Lağlağı” bu cür xətmi-kəlam etdi...
– Əgər mən özüm də şəriət müəllimi olsam, mən özüm də şəriət dərsin rusca oxudaram, çünki əvvəla budur ki, nə eybi var, uşaq “allahü-əkbər” yerinə qoy desin “allax bolşoy” və bir də əgər rusca deməsəm, yəqin bilirəm ki, Miropyev mənim də qulaqlarımı kəsər.
“Lağlağı” sözünü qurtarıb oturdu. Mən bir qədər fikrə gedib bunun cavabında bir söz tapa bilmədim. Axırda Sədi yadıma gəldi:
Bizi yorma bica yerə, qıl kərəm,
Rəva görmə bu millət olsun ədəm.
Məzən bitəəmmül bəküftar dəm
Niku gu, əgər dir guya, çe qəm.
Sözü həq danış bərayi-alicənab,
Nələr söyləyirsən, a xanəxərab?
Benitq adəmi behtərəst əz corab
Gorab əzto beh kər nəguyi-səvab.
Açıb dil bu məxluqə çox vurma niş
Bizə rəhm qıl ey məsəndidə kiş.
Məcali-süxən ta nəyabi zi piş
Bebihudə küftən mənbər qədri-xiş.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 sentyabr 1906, №23
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-cetin-meseleye-cavab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.
Ruhanilər yığıncağıİndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.
İdarədənMöhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?
QeyrətMöhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).
Стихи других поэтов · Сатира
Yoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.