Dindar firqəçi yoldaşlar
Şura seçkiləri münasibətilə
İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?
Mən qorxuram ki, dinsizin siyahısı dindarlara nisbətən xeyli gödək çıxa.
Bu barədə firqəçi yoldaşlar məndən rəncidə-xatir olmayalar gərək; səbəb budur ki, belə bir əqidə tək bircə mənim deyil. Müsəlman firqəçi yoldaşlardan şübhələnən, belə bir iştibahda bulunan tək bircə mən deyiləm. Bu şübhəni ortalığa qoyan Moskvada firqə rəhbərlərindən Yaroslavski yoldaşdır ki, bu yavuqlarda Mərkəzi Komitənin təbliğat şöbəsində bu məzmunda nitq söyləyibdir.
Nə deyir Yaroslavski yoldaş? Deyir ki, müsəlman camaatı içində firqəçi və komsomol yoldaşların dindarları az deyil.
Hələ buradan bir haşiyə çıxmaq istəyirəm: Yaroslavski yoldaş bəhayi dinindən də söhbət açıb deyir ki, bəhayilər fəxr edirlər ki, onların dini azadixah bir dindir ki, cəmi millətləri qardaşlığa dəvət edir: ancaq məsələnin şübhəli tərəfi budur ki, dünyada bəhayiliyi hamıdan artıq dost tutan İngilis hökumətidir.
Bu bir qatma-qarışıq məsələ oldu. Belə ki, İngilis hökuməti bir tərəfdən dünyada apardığı siyasət-qardaş millətləri öz siyasəti ucundan bir-birinə vuruşdurub qırdırmaqdır. Bir tərəfdən də haman İngilis hökuməti bəhayi dininə tərəfdar çıxır.
Aya bunun hansına inanaq və hansı birisi doğru va səhihdir?
Molla əmiyə qalsa, bunların hamısına lənət: ağına da, qarasına da!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 27 dekabr 1928, №52
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dindar-firqeci-yoldaslar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
13 iyul (1930), Bakı*Lənkərandan bu vaxt idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzisinə inanmıram. Onunçün də səndən məqalə gözləyirəm. Bu şərtlə ki, müxtəsər olsun.
Əziz oğlum Midhət! (27 iyul 1930)Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.
Həmidə! (27 avqust 1930)Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm.İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.
Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.
Стихи других поэтов · Сатира
Neyliyim, ey vay! bu urus başdılar,Bilməyirəm hardan aşıb-daşdılar?!
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,