Necə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.

Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.

Amma bir şeydən qorxuram: necə ki, keçənlərdə bir müqəddəs hacı bir qəzet satana demişdi: bəli, bu gün gəlib deyəcəksən–hacı, qəzet al oxu, sabah da gəlib deyəcəksən–hacı, urus ol.

İndi də bir gün bizə dedin papağı tulla–tulladıq; sabah dedin çadranı tulla–tulladıq; o biri gün dedin, ərəb əlifbasını tulla, insan əlifbasını qəbul elə–elədik. Amma doğrusu, dalından qorxuram; qorxuram indi də belə deyəsən; deyəsən, xub, sən ki, azad bir insan oldun, mədəni bir əlifba sahibi bir insan oldun, bəs, daha bundan sonra sən necə özünü yaraşdıracaqsan ki, hər küçədə bir ali binanı məəttəl edib adını məscid qoyasan və orada lotu mollalara yol verəsən ki, avam camaatı oraya yığıb cənnət vədəsi kimi fırıldaqlarla avamı kəsbdən və maarifdən uzaq saxlasınlar?

Bundan qorxuram.

Amma işlərin gərdişindən belə anlaşılır ki, elə də olacaq: qadın azadlığına və latın hürufatına malik olan bir millət daha buna dözə bilməyəcək ki, onun vətənində hər küçə başında məscid adında bir bikarxana, eyni zamanda, bir lotuxana olsun. Növbət indi də bu bayramımızındır: haman bayramımızındır ki, çadra, papaq və ərəb zəbər-ziri atılan zibilxanaya məscid və minbər adlı zir-zibillər də tullanacaqdır.

Belə bir böyük bayramın intizarında olmaq hər vicdan əhlinin vəzifəsidir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 yanvar 1929, №1

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təfavütü yoxdur

Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.

2 мин
O elə – bu belə !

Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.

2 мин
Çox nigaranam

Bir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.

2 мин
Nisyə mal ötürmək

Söhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.

2 мин

Стихи других поэтов · Сатира