Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?

Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.

Məktublarını bu saat Əli Nəzmiyə göstərdim ki, istifadə etsin.

Və bundan sonra məni gah-gah yad-bud edəcəyinə də ümid edirəm.

Sağ ol. Çox yaşa!

Cəlil

“Molla Nəsrəddin” məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə.

20 oktyabr (1930)

Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əsrimizin möcüzələri

Qədim əsrlərdə də avam camaatı möcüzələrlə aldadırdılar ki, avamın başını qatıb onu yükləmək asan olsun və onun südünü sağmaq (yəni istismar eləmək) asan olsun.İndiki əsrdə də hərdən bir oyunbazlar zühur edir və hər növ bicliklərlə sadədil zəhmətkeş camaatı iğfal edirlər ki, onların ciblərinə sahib olsunlar.

2 мин
Tarix

Təzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.

2 мин
“Sülhi-əbədi”

Qəzetlərdə nəzərimizə çatdı ki, Amerika hökuməti yer üzündə əqvam arasında, bir “sülhi-əbədi” binasını qoymaq tədbirindədir. Ax, nə gözəl tədbir?!“Sülhi-əbədi”, – yəni türkcəyə çöndərsək, “həmişəlik barışıq” deməkdir. Onun üçün də mən yuxarıda bu tədbirə “gözəl” ad qoyuram; çünki dünyada sülh və asayişdən gözəl nə ola bilər? Amma, di gəl görək, Amerika hökuməti cənabları bu müqəddəs tədbiri nə yol ilə, nə vasitələrlə həyata keçirmək istəyir? Çün bu barədə qəzetlər də bir söz yazmır – mən də bilmirəm ki, Amerika hökuməti bu xeyir işin baş tutması yolunda nə metodlar işlədir və nə çarələr qurur.

2 мин
Qış xəbərləri

Farslar deyirlər: hərdən bizim bağdan təzə-təzə meyvələr gəlir.Bizim də Azərbaycan bağımızdan təzə-təzə qış xəbərləri gəlir.

2 мин

Стихи других поэтов