Həmidə! (10 noyabr 1930)
Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.
Cəlil
Yola düşəndə Şuşadan teleqram vur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hemide-10-noyabr-1930
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”.O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı.
RişəÇadra da gedəcək işinə, papaq da gedəçək işinə, ərəb hərfləri də gedəcək işinə, hələ ərəbin özü də gedəcək işinə. “Ərəb” deyəndə – burada Ərəbistanda yaşayan ərəb milləti demək deyil; mən o ərəbi deyirəm ki, qədimül-əyyamdan bizim qanımızın içinə giribdir, ətimizlə dərimizin arasında gizlənibdir və ruhumuza sahib olubdur və qısası: – həyatımızın bir rişəsi mənzələsində olubdur.Onunçün də əsil mətləb rişədədir; çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, nəleyin, yaşıl qurşaq, qüsl, təharət, nəcasət, imamət, ziyarət, ticarət və... müxtəsər, yenə minlərcə bu qəbil müzəxrəfat, mövhumat və axmaqlıqhat!..
Rus keşişləri ilə siğəHəmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur.Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır.
Məscid məsələsiBəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar.Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır.
Стихи других поэтов
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Ey Pəri, dəhrdə yox sən kimi bir cananəEy Pəri, dəhrdə yox sən kimi bir cananə,Tən edir mehri-rüxün göydə məhi-tabanə,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları