Farslar deyirlər: hərdən bizim bağdan təzə-təzə meyvələr gəlir.

Bizim də Azərbaycan bağımızdan təzə-təzə qış xəbərləri gəlir.

Bu təzə xəbərlərin biri – xaç bayramı xəbərləridir. Necə ki, hamıya məlumdur– dəmir yol qatarlarını sürən maşinistlər mübarək İsanın ümmətləri olduqlarından bu bayram günləri bayram saxlamaq babətindən bəistilah bir az o söz (yəni başları bir azca “gərm” idi. “Gərm” farsca “isti” deməkdir). Onunçün də dəmir yolun bir neçə nöqtələrində minik qatarları və neft qatarları “taquş-tuquş” oyunu kimi bir oyun oynayırlar. Çün hər bir kəsin əcəli tamam deyil imiş – axırı xeyir olubdur. Ancaq dəmir yol maliyyəsinə bir müəyyən qədərdə zəfər toxunubsa da, bu da keçib gedər (adətkərdənin hissləri kortalmış olar).

Hə, neft dedim, bir qış xəbəri dəxi yadıma gəldi: bir şəkili idarəmizə yazmışdı ki, ordubadlılar elə bilir ki, “ölülər halva yeyirlər”; rəhmətlik uşaqları istəyirlər ki, Bakının fantanları bir türfətül-eyndə Ordubada köçüb getsinlər; ta bilmirlər ki, biz nuxulular Köy birliyi ilə arabaçıların “spor”larının bərəkətindən bu qışı Şəkidə elə vaxt olubdur ki, neftin girvənkəsini iki abbasıya almışıq; xalq da elə güman edə bilər ki, nefti bizə Bakıdan buraxmırlar, bir surətdə ki, neft qatarları dayanıb durub Yevlax stansiyasında. İndi hünər istərəm ki, bunu Şəkiyə aparan ola. Arabaçı hər puda üç abbası kirayə istəyir. “Köy birliyi” də qırx beş qəpikdən bir çürük qəpik artıq vermir. Və axırda üç abbasını da verdi və neft Şəkiyə daşındı. Şəkililərə bir ovqat əvvəli axşamdan babalarımız kimi yıxılıb yatmaq qazanca qaldı.

Yatmaq dedim, – bu günlərdə Bakıda bir türk qadınının göz xəstəxanasında yatmağı yadıma düşdü.

Məlumdur ki, şəri-şərifin ehkamı mocibincə hər bir müsəlman bəndə, hər necə bərk azarlı halda da olsa, gərək namazı keçirməsin. Bu xəstə qadın fazili-Bakuyi axund Şeyx Qəni həzrəti-alilərinin əqrəbasına mənsub olduğundan xəstəxanaya getməmiş fazili-müşarileyhə məsələ edir ki, aya, gözləri ağrıya-ağrıya, xəstəxanada yatdığı yerdə o necə dəstəmaz alsın ki, dinsiz və imansız xəstəxana müdirləri, xadimlə xadimələri oraya lüləyin gətirib su tökməyə mane ola bilərlər. Xülaseyi-kəlam, axund həzrətləri qadına “təyəmmüm” məsələsini, – necə ki, lazımdır, – təlim edir. Onunçün də qadın bir dəstmal dolusu pak torpaq yanıyca xəstəxanaya aparır və professor Varşavski xəstənin gözünə dava tökəndən sonra bədbəxt arvad da namaz vaxtı gələndə beş barmağını mübarək torpağa basır və sürtür üzünə; belə ki, o pak olan torpaq dolur arvadın ağrıyan gözlərinə.

Burada xəstəxana qulluqçuları işdən hali olanda qabaqca elə güman edirlər ki, xəstə qadın dəlidir; ancaq axırda məlum olur ki, xeyr, dəli deyil, Şeyx Qəni ağanın ümmətidir, mütəəlliməsidir və hətta əqrabasıdır.

Xülasə, iş açıldı.

Qalan xəbərləri gələn həftə yazarıq inşallah.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 20 yanvar 1928, №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tövhid

“Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi.Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”.

4 мин
Halal

Axır vaxtlarda bəzi müsəlmanların öz halal övrətlərini evdə qoyub, gedib əcnəbi övrətlərindən rəfiqə tutmaqları başlayıb artmağa. Cənab Mirzə Abdulla “Tərəqqi”nin 160-cı nömrəsində bu məsələyə əl vurub, müsəlmanların bu hərəkətlərinin adını qoyur “xəbt gətirmək”, yəni dəlilik.Söz yox, o cür ki, cənab Mirzə yazır, – bu bir dəlilikdir, “aqilə, kamilə və mütəşəxxisə övrəti evdə gözüyaşlı qoyub, gedib ağılsız və kamalsız əcnəbi övrətini rəfiqə tutmaq” dəlilikdən də dəlilikdir. Amma yaxşı olardı ki, məqalə sahibi bizi başa salaydı ki, görək, aya, ağıl və kamalın mənası nədir və bizim halal övrətlər nəyin bərəkətindən o dərəcəyə qalxıblar ki, əcnəbi övrətləri bunların əlinə su tökməyə layiq deyildir. Bircə şərtimiz bu olsun ki, bu mübahisədə ortalığa murdarlıq söhbəti gətirməsin; çünki sən elə bircə bunu deyəsən ki, əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda dəxi mən cavab verməyə aciz olaram.

3 мин
Zülm

Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:

2 мин
Mətbəə

Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi

3 мин

Стихи других поэтов · Сатира