Dörd yüz qız
Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?
Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
Doğrudur və bunu inkar eləmək olmaz ki, Əbdülhəmidin altmış rəs arvadı var idi və bu arvadlardan savayı üç yüz qızdan ibarət olan hərəmxanası var idi. Övrətlərin ancaq on birini Əbdülhəmidə verib, qalan övrətləri və qızları cavan türklər azad elədilər. “Tərəqqi” qəzetinin 87-ci nömrəsindəki teleqraf xəbərlərini oxuyanlar bilirlər ki, bu sözlər zarafat deyil.
Demək, Əbdülhəmidin hərəmxanasında dörd yüzədək övrət və qız var imiş. Hələ mən istəyirəm biləm ki, bunun əcnəbilərə nə dəxli var?
Avropa millətlərinin Əbdülhəmidin hərəmxanasına sataşmağa heç bir haqqı yoxdur və buna mən bir neçə səbəb gətirə bilərəm.
Əvvəlinci səbəb: Aya məgər bu bir pis işdir? Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub bizim yaxamızdan yapışıblar? Məgər Avropada belə hərəmxanalar yoxdur? London şəhərində elə mötəbər fahişəxanalar var ki, orada nəinki dörd yüz, bəlkə dörd mindən artıq qız var…
Avropada hansı bir şəhər var ki, orada Əbdülhəmidin hərəmxanasına oxşayan bir lotuxana olmasın?!
Bunlar keçəndən sonra, bizim öz sultanımızın hərəmlərinin qeyrətini çəkmək məgər avropalılara qalıb?
İkinci səbəb: Bir saatlığa belə tutaq ki, Əbdülhəmidin hərəmxana işləri tüpürməyə layiq bir şeydir. Çox əcəb. Bunun avropalılara nə zərəri? Məgər hərəmxanalara qatılan qızlar Avropa qızlarıdır? Dünya və aləm buna şahiddir ki, sultanın dörd yüz odalıqları Dağıstan çərkəslərinin, Qafqaz müsəlman və gürcülərinin, Şamın ağ ərəb tayfalarının gözəl və balaca qızlarındandır ki, Əbdülhəmidin məmurları fürsət düşən kimi, xəlvətcə oradan-buradan şikar edib zor ilə aparıb qatıblar hərəmxanaya. Burada yenə bir elə pis iş yoxdur. Tutaq ki, şəriətdə bir müsəlman dörd nigahlı arvaddan artıq arvad ala bilməz; istər xəlifə olsun, istər çoban olsun. Amma yenə bu bir çirkin iş deyil; əgər olsaydı şeyxülislam şəriət naminə sultanın bu hərəkətinə etiraz edib mane olardı.
Və saniyən, burada bir kəsə bir zülm də yoxdur. Doğrudur, qızları tutub aparanda bunlar əvvəl bir çığır-bağır salırdılar, amma axırda xoşbəxt olurdular; çünki bunların hansı sultana yaxın olmaq bəxtəvərliyinə çatırdısa, qardaşları, ya əmi oğulları da saraya çağrılıb birdən paşalıq, ya baş xəfiyyəlik mənsəbinə sahib olurdu; məsələn, Əbdülhəmidin qayınları çərkəs Məhəmməd paşa, Cəlaləddin paşa – belə ali məqama həmin bu vasitə ilə çatıblar. Hərçənd yerə-göyə çığışmayan zülmlər camaata eləyiblər, amma eləyiblərsə də, müsəlman camaatına eləyiblər, nəinki avropalılara. Dəxi özgələrə nə dəxli var?
Doğrudur, o cür ki, Avropa qəzetləri müsəlmanların halını təsvir eləyirlər – adam oxuyanda ağlamağı gəlir. Müsəlman məmləkətlərində Əbdülhəmidin hərəmxanasına oxşayan minlərcə hərəmxanalar var. Bu hərəmxanalarda minlərcə “xədim”lər var. Bu insan balalarını Afrika çöllərindən oğurlayıb müctəhidlərin və şeyxülislamların gözlərinin qabağında qoyun kimi yıxıb kişilikdən salıblar ki, hərəmlərə tamaşa eləməsinlər. Belə vəhşiliklər şəriətin ziddi ola-ola, heç bir “hamiyi-şəriət” bu yolda bir söz danışmayıb. Axırda cəmi islam aləmi dolub hərəmxana ilə, cəmi müsəlmanlar “xədim” kimi bir şey olublar və “murdar” avropalılar bizim halımıza ağlayanda, biz də onların üstünə gülürük.
Mərsiyəxanı görəndə ağlayırıq, amma avropalını görəndə gülürük.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 3 may 1909, №18
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dord-yuz-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiflisdə bizim məhəllədə bir bağ var, adı Botaniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər.Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izin vermirlər.
Bahalıqİstambulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər nöqtəsində bahalıq üz verdi. Nəcəfdən yazırlar ki, cücənin biri bir manatdır.Bu bir aşkar mətləbdir ki, İstambul inqilabına Nəcəf şiələri qarışmaya bilməzdilər: anadan doğma hüriyyətsevən nəcəflilər məşrutə səsi eşidəndən Məcnun kimi divanə olub, əkin-tikinlərini, ev-eşiklərini boşlayıb, düşüblər çöllərə azadlıq axtarmağa.
Tacül-hacBəli, buna iyirminci əsr deyərlər ki, Vatikan kimi dağı da tərpətdi. Hünər bircə simsiz teleqraf icad eləmək deyil: hünər bircə havaya qalxmaqda deyil; hünər bu idi ki, katoliklərin bütü mənzələsində olan və İsanın vəkili hesab olunan Rim papaslarının nüfuzunu azaltmaq, katolik ruhanilərin istibdadını pozmaq və biçarə əhalinin boynundan keşişlərin zəncirini qopardıb, inkvizis günlərini min-min nifrətlərlə yad etmək və min-min lənətlərlə rəhmət oxumaq.Belə də oldu.
Qanlı faciəYox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.Xeyr, qanlı faciə bu deyil.
Стихи других поэтов · Сатира
Gündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Yaşasın həm "Nicat", həm "Sovqat"Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.