Əzizim Məmmədəli! (29 yanvar 1911)
Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.
Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.
Hazırlaşıram gələm, amma ayaqlarım ağrıyır, qorxuram şiddət edə. Gözləyirəm havalar bir az xoş olsun.
Sən isə xərcləri bir az qənaət ilə elə, yeməkdən savayı. Çünki əgər indidən biz abunə pullarından zapas saxlamasaq, jurnalı saxlaya bilmənik. Hərdənbir müxtəsər hesab mənə göndər ki, bilim nə qədər pulumuz kassada var.
Evinizə lazım olan pulu göndərməyə muxtarsan. Elə elə ki, evinizdə korluq çəkməsinlər. İsmayılı da puldan yana gözlə.
Xudahafiz, Cəlil
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ezizim-memmedeli-29-yanvar-1911
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:Getdim Bibheybətə, bişirdim aşı,
Nə olardı?“Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur.Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın.
QəzetlərimizMöhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetləri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya qəzetləri hökumət nə səbəbə bağlayıb və yazanlarını düstaq edib?!Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək.
“İşıq”Doğrudur, Bakıda çıxan “İşıq” qəzeti müsəlman qardaşları işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırar.Onuncu nömrəsində qəzetlərin bağlanmağından söhbət açıb baş məqaləsində deyir ki: “İttihadi-müslimin bizim ruhani əmalımızdandır və Rusiya hökuməti ittihadi-müslimin yolunda çalışan müsəlman yazıçılarını həmişə dost tutub. Rusiya hökumətinin baş vəziri biz müsəlmanların ruhani əmalımızı o dərəcədə xoşlayır ki, özü həmişə məscidimizə gəlib, axund Bayazitovdan namaz qılmaq dərsini alır ki, islam dininə müşərrəf olsun”. Sonra yazır ki, bir gün var idi, bir gün yox idi, bir qoca kişi var idi və bu qoca kişinin iki bədxasiyyət nəvəsi var idi. Bir gün nəvələrinin biri, Heydərqulu, babasından soruşdu ki: baba qələm sahiblərimizin tutulmağına sən nə deyirsən? Babası cavab verdi ki: