Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.

Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.

Bura gələndən sonra hər bir şey müəyyən olar; amma güman edirəm ki, “Molla Nəsrəddin” işlərində mənə yaxşı köməkçi ola bilərsiniz.

Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm.

Xeyirxahınız Cəlil Məmmədquluzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Nüma

“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?

1 мин
Təməllüq

Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.

2 мин
Qara buludlar

Həmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.

2 мин
Bəs nə vaxt?

Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.

2 мин

Стихи других поэтов