Əzizim Münəvvər! (7 fevral 1924)
Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki paçka sikori göndərdim. Limonun bir neçəsini də ona göndər.
Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar.
Polina [Afanasyevna] bütün günü qalstuk axtarıb, qadın qalstuku tapa bilməyib. Yaz görək sənə nə cür qalstuk göndərmək lazımdır. Həmidə xanıma təqvim və iki girvənkə balıq yağı göndərdim. Qaloş üçün nahaq yerə pul göndərmisən, mən özüm də ala bilərdim. Odur ki, bu kağızı gətirənlə sənə on manat göndərirəm. Nə lazım olsa, yaz, göndərim.
Həmidə xanıma yazığım gəlir, nə qədər onu Bakıya çağırıram ki, gəlib burada dincəlsin, – gəlmir ki, gəlmir. Bir neçə qəzet göndərirəm; oxu, sonra Həmidə xanıma göndər. Sənin məktublarını (qırmızı mürəkkəblə) və Həmidə xanımın köhnə məktubunu mən ancaq bu gün aldım. Hələlik, salamat qal. Yay üçün Qarabağa gəlmək fikrindəyəm (əgər uşaqlar və Həmidə xanımla Borjoma getməsəm).
Atan Cəlil
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ezizim-munevver-7-fevral-1924
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Lay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Стихи других поэтов
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Qəbri-sədxaqandırEy könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,