Ölülər elə bilirlər ki, dirilər halva yeyir.

İndi Litva və Polşa müsəlmanları öz-özlərinə deyirlər ki, bax gör biz necə bədbəxt olduq, müsəlmançılıqdan uzaq düşdük, türk dilimizi yadımızdan çıxartdıq və qafqazlı müsəlman qardaşlarımızdan geri qaldıq.

Əvvələn, mən güman eləmirəm ki, Polşa müsəlmanlarının ağıllıları və az-çox dünyadan xəbəri olanları özlərini bizə nisbət dalda qalmış hesab eləyirlər.

Səbəbi budur ki, indi bizi bürüyən qaranlıqdan dəxi artıq qaranlığı mən xəyalıma gətirə bilmirəm.

Və hətta mən deyirəm ki, Polşa müsəlmanları hər bir cəhətdən bizdən bir mərtəbə, bəlkə iki mərtəbə qabaqdadırlar.

Gələcəkdə bu məsələnin barəsində ola bilər ki, bir az danışaq.

İdarədən

“Molla Nəsrəddin”, 6 yanvar 1908, №1

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Fəhlə aləmindən

Neft fəhlələrinin məvaciblərinin çox hissəsini hər ay Neft idarəsi çıxır ki, onlara ərzaq və paltar versin.Bu, gözəl bir işdi.

1 мин
Pambıq

Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:

1 мин
Qısaca

Sözü qısaca söyləməyin özü də hünərdir.Həmin bu qısaca sözlərin biri də yoldaş Muxtar Hacızadənin sözüdür ki, “Kommunist” qəzetəsinin 64-cü nömrəsində çap olunan məqaləsində söyləyir:

1 мин
“Eşq mədrəsəsi”

Eşq mədrəsəsi, məhəbbət ibrətxanası, naz və qəmzə darülfünunu, qucaqlaşma evi.İnsafən bu əlli ilin müddətində teatrımız çox-çox tərəqqi tapdı. O qədər qabağa gəldi ki, indi Mirzə Fətəli birdən dirilə və gələ əyləşə tamaşa otağında. Pərdə qalxandan sonra səhnəmizə tamaşa edə. Yəqin ki, tanımayacaq ki, aya bura haradır, teatrdır ya lotuxanadır.

3 мин

Стихи других поэтов · Сатира