Bakı

Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən.

Oranın əksinə burada sakitlikdir. Mən də, uşaqlar da dedi-qodu, qanqaralıq nə olduğunu bilmirik. Dəyirman birdəfəlik dayansa belə, biz hələlik Bakıya köçüb, öz uşaqlarımızla məşğul olmalıyıq.

Hələlik, Allaha şükür, mənim ədəbiyyat aləmində işləməyə iqtidarım çatır. Əgər qocalıb əldən düşüncəyə qədər yaşasaq, onda, bir tərəfdən, saysız-hesabsız dostlarım məndən iltifat nəzərini kəsməz, o biri tərəfdən də uşaqlarımız böyüyüb bizə kömək elərlər. Dediyim odur ki, sən elə bilmə gərək biz mütləq dəyirman və bəhrənin hesabına dolanaq. Hətta, mən belə güman edirəm ki, əsərlərimin nəşri uşaqlarımızın əlini çörəyə çatdıra bilər.

Əgər indi soyuqlardan qorxursansa, onda Novruz bayramında gələ bilərsən. Xülasə, mən istəyirəm həmişə yadında saxlayasan ki, əgər sən bizim yanımıza gəlsən, bu, uşaqlar üçün böyük bir bayram olar, mən də uşaqlarımı xoşbəxt görüb, çox şad olaram.

Hər halda sən dəzgahların vəziyyəti haqqında mənə müfəssəl məlumat yaz. Həmçinin yaz ki, indi nə qədər sap lazımdır. Qaloşunun ölçüsünü göndər, sənə qaloş alım. Məxləs, yaz görüm sənə daha nə göndərim?

Mina və uşaqlar salamatdırlar. Uşaqlarımız tamam sağalıblar, məktəbə gedirlər. Axşamlar isə Suvorov müəllimlə dərslərini hazırlayırlar.

Doğrusu, mən çox istədim ki, uşaqlardan heç olmazsa birinə tərbiyə verməkdə Əliş bəyə kömək edəydim; sən bunu ona de. Onun axır vaxtlarda bizim ailəmizə elədiyi yaxşılıqları mən yaddan çıxara bilmərəm. Ona görə də uşaqlarını oxutdurmaqda ona əlimdən gələn köməyi eləməyə hazıram. Sən də mənə yaz görüm bu barədə nə eləmək olar. Mən Cəlalın da oğluna kömək etmək fikrindəyəm.

Səadət xalaya, Əliş bəyə, Süleymana və Cəlala mənim salamımı yetir. Müzəffər necədir? Göndərdiyim baqacı tamam-kamal alıb evə gətirdimi?

Jurnalımız çıxır: qoy Müzəffər Süleymanla haqq-hesab eləsin. Ona birinci nömrədən on birinci nömrəyə qədər, hərəsindən 10 nüsxə göndərirəm. O, jurnalı üstündə yazılan qiymətə satmalıdır. İyirmi faizini, yəni yüz milyon manatdan iyirmi milyonunu özünə götürməli, səksən milyonunu isə bizə göndərməlidir.

Hələlik. Salamat qal, özündən muğayat ol.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Meymunlar

Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).

2 мин
Danabaş kəndindən

Axund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..

2 мин
Mıncıq

Birisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.

3 мин
Şeytana cavab

Ey mənim əzizim şeytan qardaş!“Molla Nəsrəddin”in 32-ci nömrəsində sənin imzan ilə bir məktub oxudum, o məktubda sən deyirsən ki, on ildi müsəlman içindən çıxıb gedib Yevropada olursan və müsəlman içində üz verən pis işlərdən sənin xəbərin yoxdur.

3 мин

Стихи других поэтов