Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.

(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).

Bəli, keçək mətləbə.

Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?

Mən indiyədək heç bir yanda görməmişəm ki, iki obrazovannı müsəlman bir-birilə görüşəndə müsəlmanca danışsınlar. Amma hökumətin qanun və qərardadlarının içində heç belə bir qərardad yoxdur ki, iki müsəlmanın bir-birilə müsəlmanca danışmağına mane olsun.

Bəs bunu kim qoymur?

Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi oxuyaq. Tutaq ki, bunu hökumət qoymur. Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?

Bir təbrizli Tiflisə gəlib bir həftə burada qalmaqnan adının axırına “of” qondarır. Məgər bunu da hökumət edir? Nə vaxt hökumət qaradovoy, ya pristav göndərib ki, get gör flan müsəlman oğluna nə ad qoyub və qızına nə ad qoyub və hökumət nə vaxt müsəlmanı məcbur edib qızının adını “Fatma” əvəzinə “Fatya” qoysun və oğlunun “Həsən” adını dəyişdirib “Qasanka” eləsin?..

Dil barəsində hökumət ermənilərə etdiyi rəftarın ondan bir hissəsini bizə etməyib. 1884-cü ildə bağlanan erməni məktəbləri ancaq bir neçə il bundan irəli açıldılar. Amma bununla belə heç kəs indiyə kimi görməyib ki, iki oxumuş erməni bir-birilə rusca danışsın.

İndi gəl müsəlman aləminə.

Gedirsən bir rəfiqin qapısını döyürsən. Bir balaca qız çıxır. Soruşursan: ağa evdə? Qız “Papa!” deyə-deyə qaçıb atasını çağırır. Girirsən içəri və qızın kefini soruşub deyirsən: “Maşallah, Münəvvər xanım, nə yekə qız olmusan?” Görürsən qız qaşqabağını saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyəydin; Münəvvər dedin, acığı gəldi. Hətta axır vaxtda İran məmurları da yavaş-yavaş adlarını çöndərməyə başlayıblar: hakimi vilayəti-Ərdəbil Həsənquluxan Cəfərxanov, naibi qonsulgəriyi-Gəncə və Bədikubə dər qəryeyi Danabaş Mirzə Heydər Səlimxanov və qeyrə. İşlər bu sayaqdır.

Axırda həmin “Qasanka”lar və “Varya”lar böyüyüb, məclislərdə başlayacaqlar haray təpib çığırmağa; “Ay aman! Qoymayın! Hökumət ana dilimizi öyrənməyə mane olur”.

Bir vaxt Nuxada da “millətpərəstlər” məclislərdə bu cür nitqlər söylərdilər. Amma indi həmin millətpərəstlər cənab direktorlara və qubernatorlara təkyə edib, ana dilinin müəllimlərini qapazlayıb saldılar eşiyə.

Bəli, əzizim, bu işlərin adına “Müsəlman işi” deyərlər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 noyabr 1906, №31

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Saqqallı uşaq

Прежде чем начать свой рассказ, я хочу предупредить, что иные дети имеют дурную привычку, взяв огрызок карандаша, тут же расписывать стены домов. Иные пользуются для этого даже углем или мелом. Что там уголь и мел, я знаю таких испорченных детей, которые берут в руки гвоздь или ножик и давай царапать и уродовать стены.Я очень недолюбливаю детей, которые пачкают стены, потому что, если ты хороший мальчик и хочешь писать, возьми листок бумаги, карандаш, присядь где-нибудь и пиши в свое удовольствие.

19262 мин
Xanın təsbehi

Со станции Евлах, расположенной между Тифлисом и Баку, шоссейная дорога идет через Барду в Агдам и оттуда подымается к городу Шуше. Из Агдама шоссе заворачивает налево, к Карабулаху, или, как называют его по-русски, Карягино. Отсюда оно идет к Джебраилу, и наконец выходит на берег Аракса, к известному Худаферинскому мосту, по которому переходят в Иран.Несколько лет назад мне привелось перейти через этот самый мост и подняться в иранские горы. Здесь начинается Карадагская провинция, простирающаяся до самого Тебриза. Влево от нее живут шахсеваны, вправо, по берегу Аракса, тянется граница кавказского Азербайджана.

7 мин
Azərbaycan

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

19173 мин
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım

Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.

19061 мин

Стихи других поэтов · Сатира