Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.

Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.

Bayram münasibətilə hamımız səni təbrik eləyirik. Bayram günü hamımız fikrimizdə səni və Müzəffəri öpəcəyik. Həmçinin Əliş bəyi, Səadət xalanı, Fəxri xanımı, bütün qalan xanımları, Cəlalı, Qəzənfəri, Süleymanı bayram münasibətilə təbrik edirik.

Sən çox da işə aludə olub, özünə əziyyət vermə. Elə ki, bütün o işlər səni bezikdirdi, dərhal çıxıb gəl. Burada maraqlı şey çoxdur. Teatrın qızğın vaxtıdır. “Anamın kitabı”nı dalbadal üç dəfə tamaşaya qoydular. Həmçinin “Ölülər”i. Bu günlərdə mənim yeni komediyamı, “Danabaş kəndinin məktəbi”ni göstərəcəklər.

Aprelin 7-də isə Ağamalıoğlunun və pedaqoci institutun təşəbbüsü ilə böyük bir Molla Nəsrəddin gecəsi keçiriləcək. Gecənin ilk məsarifi olaraq 36 milyard pul buraxılıb. Hazırda iki komissiya işləyir. Gecə pedinstitutun nəfinə keçirilir. Bu gecəni keçirmək üçün məndən razılıq alıblar. Münəvvər hazırlaşır və indi özü üçün ipək paltar tikdirir. Mina da hazırlaşır. Onlar, yəqin, həmin gecə ev sahibi vəziyyətində olacaqlar. Gecədə gələnlərə başçılıq və hörmət eləmək üçün M. Muxtarova, Nərimanova, Ağamalıoğlunun xanımı və işlərə rəhbərlik eləmək üçün institutdan iki qadın dəvət olunmuşdur. Fəxri sədrlər – Musabəyov, Nərimanov və Ağamalıoğludur. Mənim üç pyesimin hərəsindən bir pərdə göstəriləcək, sonra mənim jurnallarımdan [parçalar] veriləcək. Xudahafiz.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yazıçılar bayramı

Həmin ilin indiki iyun ayına “yazıçılar bayramı” ad qoymaq olar; çünki həmin ayın müddətində Gürcüstan, Ermənistan və Azərbaycan yazıçıları əl-ələ verib “birlik” əmələ gətirdilər. Həmin birlikdən məqsəd bir-birindən xəbərdar olmaq, yazıların mövzusunu bir-birinə yavuqlaşdırmaq və ümumiyyətlə qələmlə çalışmağın amal və niyyətini birlikdə aydınlaşdırmaqdır.Ancaq qorxuram bu ittifaqda bizim türk yazıçılarımızın işi bir qədər axsıya; yəni sözün açığı–qorxuram biz qonşularımızla tuşbatuş gedə bilməyək. Bunun ümdə səbəbi budur ki, biz müsəlmanların içində qədim vaxtlardan indiyə kimi yazıçılıq bihudə bir peşə hesab olunubdur. Və onunçün də yazıçıların heç bir yanda qədr-qiyməti olmayıbdır, savayı münəccim Hacı Nəcmüddövlənin təqvimbazlığından və müctəhidlərin xabnamələrindən və dindar şairlərimizin növhə və qəsidələrindən.

1 мин
Sabir barəsində xatiratım

“Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.Sabirin birinci şeri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.

3 мин
Əliqulu Qəmküsar

Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə, məqalə və şerlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə “Xadimi-millət”, “Otaylı” və son illərdə “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy” təxəllüsləri məşhurdur. Belə ki, həmii təxəlluslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edibdir.Qiymətli Qəmküsar yoldaşımızın “Molla Nəsrəddin”də dərc etdiyi qüvvətli şerlərdən biri məhərrəm təziyəsində əbləhanə baş yarmaq haqqında yazdığı:

1 мин
1930-cu il üçün iş planı

Plansız yaramır bizim Şura quruluşumuzda iş görmək. Çalışmaq istəyənlərin hamısı bu qanuna tabe olmalıdır. Hər işi plansız başlayanda görürsən ki, axırda içindən qənbərqulu çıxır, iş baş-ayaq qalır.Başqaları birdən-birə beşillik plan tərtib verib, təsdiq eləyib, sonra parça-parça, hissə-hissə o plandakı işi həyata keçirirlər. Ancaq bu qaydanı “Molla Nəsrəddin” məcmuəsində işlətmək mümkün olmur. “Molla Nəsrəddin”in iş planı ancaq birillik ola bilər.

3 мин

Стихи других поэтов