Hünərli qadınlar
“Hünər hünər üçündür,
hünər Allah üçündür!.. ”.
Ax keçən günlər! Düz bir ildir ki, mən Şuşa qalasında olurdum. Və orada mahi-məhərrəmdə ömür etdiyim günlər mənim üçün böyük bir yadigardır; səbəb bu ki, o günləri mən həmi xoşbəxt idim, həmi də bədbəxt. Bədbəxtliyim ondan ötrü idi ki, imam Hüseyn təziyəsində hər bir mənim kimi həqiqi müsəlman bəndəsi gərək özünü qəm və qüssə içində hiss edə. Xoşbəxtliyim də o babətdən idi ki, keçən məhərrəmlikdə Şuşa şəhərində bəndeyi-həqir bizim Qarabağ qadınlarının bir neçəsinin şücaət və rəşadətinə şahid oldum və əlbəttə, bu fəqərə özü mənim kimi Şərq qadınının köhnə dostu – Molla Nəsrəddin üçün böyük bir mayeyi-iftixardır.
Demək, vətənimin qadın qəhrəmanlarının igidliyi və fütuhatı bir yandan, – bu mənim üçün bir toy və bayram; seyyidüş-şühədanın matəmi bir yandan, – bu da mənim üçün bir böyük yas və ölüm!.. Və bunları görə-görə və hiss edə-edə bilmirdim aya şad olummu, ya qəmgin olum? Bilmirdim mən xoşbəxtəm, ya bədbəxtəm. Və axırda bu əqidədə qərar tutdum ki, ağamın təziyəsinin müqabilində heç bir şadlığın hünəri deyil dayanıb dursun.
Və onunçün də haman gündən başladım dərd eləməyə və bu dərd bütün ilin ərzində məni qovalaya-qovalaya gətirdi çıxartdı indi üzümüzə gələn mahi-məhərrəmin müsibətinə.
Demək, dərd dərdə qarışdı.
Keçək mətləbə:
Bunu lazımdır qabaqca demək ki, keçən məhərrəmlik büsatı Şuşa qalasında çox təntənəli surətdə meydana çıxmağa hazırlanırdı. Təbiidir ki, Qarabağın mərkəzində fəsadatı ilə məşhur olan əziz şairimiz Molla Pənah Vaqifin ikinci vətənində, küçələrdə “şaxsey” dəstələrini gurultu ilə dolandırmaq və aşura günü ağ köynək olub qan tökmək həmi qarabağlıların başının ucalığına səbəbdir, həmi də ağ köynək bidətini icad edən cənnət məkan Molla Pənahın ruhunun şad olmağına bir vəsilədir və onunçün də demək olar ki, Azərbaycan torpağında məhərrəmlik təziyəsini layiqincə, yəni ən heşmətli və cəlallı bir surətdə meydana çıxartmaqda Qarabağ həmişə birincilik qazanıbdır.
Keçən il də həmçinin; müvafiq qayda. Şuşa qalasında, Ağdamda və hətta kiçik qəsəbə və kəndlərdə və habelə yaylaqlarda... məhərrəmliyə hələ bir ay qalmış təziyə tədarükü görməyə başladılar: zəncir qayıtdırmaq, xəncər itilətmək, şəbih dəstələrini icarəyə götürmək, ağ köynəklərin qanını silmək üçün ağ dəsmallar hazırlamaq və qeyrə...
Digər tərəfdən də bir para oxumuşlar başladılar camaat içində təbliğat aparmağa ki, nəüzübillah, “bu baş yarmaq, zəncir vurmaq və küçələrdə “şaxsey”; təpmək adəti vəhşi bir adətdir. Və əgər min üç yüz il bundan qabaq nadan ərəblərin qəbilə sərkərdələri bir-biri ilə “partfel” üstə dalaşıb vuruşurdular, biz Azərbaycan türklərinə nə düşüb ki, küçələrə doluşub bambılı kimi “şaxsey, vaxsey!.. ” çığırıb atılaq düşək, qonşuları öz üstümüzə güldürək, öz əlimizlə öz əziz canımızı yaralayaq, öz yumruğumuzla sinəmizi taptalayaq və ciyərlərimizə xətər yetirək!..”
Bu sözləri danışanlar müəllimlər idi, ədiblər idi, mütəəllimlər idi, Avropada binamazlar içində təhsil tapmış cavanlar idi. Və hətta hökumət tərəfindən də bir neçə adam bu laməzhəblərə qoşulub camaata öyüd-nəsihət edirdilər ki, Şura hökuməti heç bir tayfaya mane deyil ki, öz məscid və minbərinə cəm olub, öz ibadətlərinin mərasimini layiqincə yerinə yetirsin. Amma küçələrə doluşub əldə xəncər nərə təpətəpə baş yarmağı hökumət heç bir vəch ilə məsləhət görmür.
Bəli, məhərrəmlik daxil oldu. Və Şuşa şəhərində və Ağdam şəhərində və qeyri yerlərdə də müsəlmanlar başladılar qara geyinməyə və matəm saxlamağa. Və Allah şahiddir ki, qeyrətli Qarabağ müsəlmanları üçün haman məhərrəmlik matəmi ikiqat matəm oldu: biri seyyidüşşühədanın matəmi, biri də haman matəmdir ki, insaf və mürvətdən xəbəri olmayan bir zalım və laməzhəb gələ tuta sənin qolundan və deyə:
– Mən qoymayacağam ki, sən imam yolunda vurasan başını yarasan!.. Qoymayacağam ki, diri-diri öz əlinlə özünü öldürəsən ki, axırda sənin binəva uşaqların səni yorğan-döşəkdə yatmış görüb ağlayaağlaya desinlər ki:
– Dədə, sən tutaq ki, özünə huri və qılman qazandın... Amma, bəs, bizə çörək qazanan kim olacaq?..
– Pəh, bunun dəxli mətləbə var?.. Bu da oldu azadlıq? Qardaş, mən özümü öldürürəm, sənə nə borc? Niyə paxıllıq eliyirsən. Yoxsa, qorxursan, mən səndən qabaq gedəm huri və qılmanları sahiblənim, dəxi sənə qalmasın?! Vallah, fəndini duyuram.
Bəli, məhərrəmlik daxil oldu. Və aralıqda danışılan bu idi ki, hətta qara camaat da başa düşüb ki, küçələrdə hay-huy eləmək bir ibadət deyil və belə nəzərə gəlirdi ki, bu il məhərrəmlik təziyəsi məsciddən kənara çıxmayacaq və hər ilki kimi biabırçılıq bu il dəxi təkrar olunmayacaq. Və yəqinlik hasil olmuşdu ki, bu il dəxi ağ köynək, baş yarmaq və Qasim otağı bəzəyib küçələri dolanmaq olmayacaq.
Onda dəxi nə qaldı? Bu ki, dəxi məhərrəmlik olmadı? Və bunlar nə sözdü ki, aralığa çıxır? Məgər Qarabağ qadınları ölüblər ki, bir neçə laməzhəblər beləliklə məhərrəmliyi aradan götürsünlər?!
Elə ki, aşuranın sübhü tülu etdi, xəbər çıxdı ki, Şuşanın qadınları qiyam edirlər. Sonra bu xəbər teleqraf ilə Ağdamdan da gəldi.
– Pəh, pəh! Nə gözəl xəbər və nə ali bir mənzərə! Qadınlar qiyam edirlər!.. Nə olar və nə təəccüb yeri var. Dünyada qadınlar üsyanı azmı ittifaq düşüb? Fransada azadlıq yolunda Canna Dark, İngiltərə və Amerikada azadlıq yolunda çox-çox qadınlar!..
Pəh-pəh! Yaşasın Qarabağ qadınları! Yaşasın arvadlardan dəstə tutub dəstə qabağına düşən mərsiyəxan bir bəy xanımı, yaşasın hirsindən üzü açıq küçədə imam yolunda nərə təpən Saray, dəli Qönçə, Püstə xala! Yaşasın əli dəyənəkli, dəstəbaşı çavaş Zəhra, yaşasın kişi Nənəxanım, baldır Tükəzban, qoçu Gülsüm bacı, dəyənək Pəri, xanəndə Fatma!.. Və xülaseyi-kəlam, yaşasın Şuşa və Ağdam vilayətinin haman qadın qəhrəmanları ki, keçən il məhz onların rəşadətinin bərəkətindən qiymətli şairimiz qoyub gedən məhərrəmlik dəstgahımıza bir yandan bir rəxnə toxunmadı, ağ köynək də öz yerində baqi qaldı, Qasim otağı da bəzəndi və imam Hüseyn yolunda keyfin istədiyi qədər hədər qan axdı və Cıdır düzünün səfalı çəməngahını al qan ilə qəltan elədi.
Yaşasın əli dəyənəkli Qarabağ qadınları!..
Cəlil Məmmədquluzadə
(Molla Nəsrəddin)
“Şərq qadını” 1926, №6
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hunerli-qadinlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor,*Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.*
Qəza müxbiriHekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.
Oğru inəkAtı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
Стихи других поэтов · Сатира
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında