Namaz üstə
Birinci səhifədəki şəklin mənası :
Rza şah namaz üstədir. Onun dalında durub bir nəfər məcrubi- Ərsa məmləkətlərinin səfiri.
Səkkiz rükət namazın dörd rükəti cəhr və dörd rükəti ixfadır.
Babi-əvvəl: Əzan və iqamə, təkbirdir.
Xəffən: Allahü əkbər, cəhrən İngilis əkbər.
Şəhadəti-tövhid:
Xəffən: Əşhədə ən la ilahə illəlah,
Cəhrəm: Əşhədə ənla ilahə illa ingilis, səfirən rəsullah.
Bəli, bu nəhv ilə əzan və iqamə tamam oldu.
Babi-düvvüm: Niyyət:
Mən ən səmimi-qəlbdən niyyət edirəm ki, bu dəmdə arxamda duran səfir həzrətlərinin iradəsindən kənara bir qədəm də qoymayam. Bibi-sevvüm: qiyam.
Sədir həzrətlərinin qabağında xeyli ədəb ilə durmaq.
Babi-cəçharrüm: təkbirət ül sehram:
həzrəti-imam cəfər sadiq sələvatulla və salam ileyh buyurublar ki, üç təkbir oxuyandan sonra bu ibarəni oxumaq müstəhəbdir:
Allahüm əmtə ingiltərə əl-həqqül-mübin.
Babi-pəncüm: Qiraəti-həmd xəffən:
Əlhəmdüllah rəbbül-aləmin, cəhrən əlhəmdüllah ingilis rəbbülaləmin.
Ərrəhman ür-rəhim (Yalansa atana lənət!)
İyakə nəbürü: qazi mir məhəmmədkərim ağa Hacı Zeynalabdin Tağıyevi bir milyon pulu güclə çap etdirirdiyi Quranan təfsirinin birinci cildinin 3-cü səhifəsində üzünü Allah-taala dərgahına tutub deyir: Nəhayət itaət və zillət ilə ancaq sənə ibarət edib, səni ibadətimizə məcbur eyləyib, səndən başqasını ibadətimizdə sənə şərik qərar vermirik.
Və iyakə nəstəin: ancaq səndən köməklik istəyirik cəmi əmirlərimizdə.
Şah həzrətlərinin bu axırıncı sözləri cənabi-allaha da ravedir və bir kopyası da səfir həzrətlərinə mütəlliqdir.
İhdina əs-sirayətül-müstəqim.
Cəhrən: hidayət eylə bəni düz yola.
Xəffən: Heç çayəm yoxdur. Məni taxta çıxardan da sənsən və məni taxtan salmaq da sənin üçün bir çətin iş deyil. Bari sənə pənah apararam, ey yeri-göyün çəlpəşik işlərinin padşahı!
Siratəl-ləzinə ənəməti ileyhüm qeyr əlməzcub şeyhüm vələzzamin. Yəni and verirəm səni, tehran parlamanınızda hər gün parlaman üzvlərinin tərəfindən adları ehtiram ilə zikr olunan on iki imama, mənit Vüsüqüddövlə və təbatəbanlərə qatma, onları bir vaxt sövq etdiyin zəçlalətli yola məni hidayət etmə. Mən ki, sənin itaətindən bir an da çəxmamağa əhd etmişəm. Sən də məni öz kölgəndə bir növ hifz eylə, ta bəlkə bəzi mərdüm-məzar firqələrin təlaşı ilə bu gözəl səltənətdən yarımçəq məhrum olmayım.
Qul hüvəllahü əhəd!
Ya məhəmməd, müşriklərin cavabında degilən sizi Allah-taalanın tövhidinə dəvət edirəm. Həmən Allahın ki, yer üzünün dəryalarının sahibidir. Həmən dəryaların Allahını deyirəm ki, hər on yeddi rükət namazdan sonra arzusu şərq aləminin bişüur millətlərini biri-birinə vuruşdurub, axirüləmirdə onlara sahiblanmaqdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 yanvar 1927, №2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-namaz-uste
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.
TəfavütQubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.
“Sənət və ədəbiyyat”A.Şərif yoldaş “Kommunist” qəzetinin 63-cü nömrəsində yuxarıdakı sərlövhə altında yazdığı məqalədə deyir:“Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim; məsələn, şairlər üçün “ilham mənbəyi” olan qadın gözəlliyi, qadın idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur: məsələn, işçi-kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur. Fəqət, fiziki əməklə əlaqəsini kəsmiş, “bədən və ruhu incəlmiş”, burjua mühitində yaşayan adamlar üçün ağüzlü, incə və küçük əl-ayaqlı, “incə, zərif bədənli”, fiziki işə müsaid olmayan qadınlar daha nəfis və gözəl görülür”.
VəlvələMart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar.Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular.
Стихи других поэтов · Сатира
Gəldi yenə orucluqMeydanə, ay can, ay can!
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!