Özümdən böyük sözlər
Söhbət sığorta işləri barəsindədir.
Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
Bəli, keçək söhbətə.
Bir neçə gün bundan qabaq Bakı şəhərinin təsərrüfat şöbəsi idarəsi qəzetlərin birində yazmışdı ki, Bakının yüz əlli evinin sığorta xərci ildə həştad min manatdır; halbuki, sığorta idarəsi bir ilin müddətində bu evlərin yanğı zərərinə ancaq bir min altı yüz manat xərc qoyur və hətta elə olur ki, heç qəpik də sığorta idarəsinin cibindən çıxmır.
Məqalənin axırında yazılmışdı ki, bu tövr baha sığorta tariflərini bir neçə qat əskiltmək lazım gəlir.
Molla Nəsrəddinə bu sözlərin dəxli yoxdur; səbəb bu ki, Allaha şükür, Molla Nəsrəddinin evi yoxdur ki, sığorta idarəsi o evdən baha qiymət ilə sığorta pulu ala. Ancaq Molla Nəsrəddinin sığorta idarələrilə əlaqəsi yox da deyil: doğrudur, bizim evimiz yoxdur; amma idarəmiz var və idarə qulluqçularımız var və onları da sığorta etməyə məcburuq. Ancaq vallah, qorxuram da danışmağa, çünki bu sözlər özümdən böyük sözdür. Bir surətdə ki, Bakı təsərrüfat idarəsi sığorta sözünü ağzına alıb danışdı, dəxi niyə biz danışa bilməyək. Əgər onun dərdi var danışır, bəlkə bizim də dərdimiz var.
Mən də yavaşcadan və qorxa-qorxa deyirəm ki, bir ayın, ya bir ilin müddətində o qədər pulu ki, mən özüm üçün və idarə yoldaşlarım üçün sığorta idarəsinə verirəm, – o pulun ondan biri qədər sığorta həkimləri və sığorta dərmanlarına biz zəhmət vermirik. Nə səbəbə? Bunun səbəbləri çoxdur; ancaq bir neçələrini söyləyim (amma yenə qorxuram ha!..).
Sığorta həkimini görüncəyədək bütün günü gərək itirək, bu da bizə əl vermir, çünki hamımız qulluqçuyuq və iş adamıyıq.
Çox vaxt sığorta həkiminə qail olmayıb, şöhrətli mütəxəssis həkimlərin yanına gedirik.
Çox vaxt ittifaq düşür ki, il uzunu Allah-taala bizi dərdü-bəladan mühafizət edir. Amma Allahın bizə olan mərhəmətinin minnətini yenə sığorta idarəsi götürür.
Bu sözləri yazıb qurtarandan sonra üzümü uca olan cənab həqqə tutub, onun nə yerdə və nə göydə və bilmirəm harada olmağına and içirəm ki, əgər sığorta tarifini azaldıb qənaət naminə doqquz hissəsini yazıq idarələrə bağışlayalar və ancaq ondan birini alalar, yenə sığorta idarəsi heç bir şey itirməz; bu şərtlə bu “rejim ekonomiya” sığorta ümuratına da gedə rast gələ.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 dekabr 1926, №51
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ozumden-boyuk-sozler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm.Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.
Anam-bacımO qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, – heç bir özgə millətdə yoxdur; məsələn, bir övrət ki, bu gün mən onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istər saxlaram, kefim istər boşaram.Dəxi bu aşkar bir işdir.
Təfavütİran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır.Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı.
ÇuvalBir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.– Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.
Стихи других поэтов · Сатира
Şüğl edən surətda ruhani danos şeytanlığı,Pəndü vəzindən onun olmaz mənafe gözləmək.
Qurulubdur yenə meydani-həyahayi-süxənQurulubdur yenə meydani-həyahayi-süxən,Yazılır şe’r, açılır pərdeyi-mə’nayi-süxən;
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,