Gorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?

Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!

Götürün nizələri, ey İran qazakları! Düşün şəhərin canına və axtarın və bilin və görün kimlərdir bu xanədani-Qacara xain və ağ olanlar!

Niyə yatmısınız, ey qazakxana zabitləri! Bir yada salınız o şanlı və şərəfli günlərimizi ki, beş il bundan qabaq İranın müstəqil Azərbaycanını bir saatın içində dağıtdınız, Əhməd şahın valisini taxta əyləşdirdiniz və hünərinizi yeritmək üçün neçə-neçə qanlar tökdünüz və Şeyx Məhəmməd kimi cümhuriyyətpərəst mücahidi şəhid etdiniz.


Gorun çatlasın, ey Mir Tağı Həriri! Bir başını qəbirdən çıxart dünyaya tamaşa elə! Sən çox arxayın tünbətün düşüb getdin və elə bildin ki, dəxi Azərbaycanın istiqlaliyyət söhbəti də səninlə bərabər ölüb getdi. Yadındadır ki, Şeyx Məhəmmədin fotinə sən nə qədər xoşbəxt və məsrur oldun? Yadındadır ki, Azərbaycan cümhuriyyətinin dağılmaq müjdəsini Təbrizdə əyləşən əcnəbi konsulxanalarına bir-bir aparıb, onlardan özünə mərhəbalar qazanırdın? İndi bir gözünü aç gör, ay gorbagor! Bir bax və tamaşa elə, yenə bu nə istiqlaliyyət söhbətidir ki, ortalığa gətirirlər?

Sən də eşit, ey Bəsirüs-səltəneyi-mərhum! Sən də bir baş qaldır gör bu nə söhbətdir. İndi söz yox ki, Əhməd şahın Təbrizdəki gədaları səni yada salacaqlar və sənin vəfatına təəssüf edəcəklər; çünki indi sən, nəuzübillah, hali-həyatda olsa idin, şahın tərəfdarları sənə pənah gətirəcək idilər ki, burada bir tədbir tökəsən. Ey Azərbaycan Bismarkı Bəsirüssəltənə! Əgər, xudanəkərdə, hali-həyatda olsa idin, əlbəttə, elə bir fitnə qalxızmışdın ki, bu saat nəinki tək bircə Təbriz, bəlkə ətraf qəzalar da bir-birinə dəymişdi və Azərbaycanın azadixahlarını elə bir zəhmətlərə salmışdın ki, sənə min-min lənət oxuyurdular!

Lənətulla əla qövməz-zalimin! Lənət!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 oktyabr 1925, №42

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İki alma

Axşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.

19263 мин
Qurbanəli bəy

Да благословит аллах твою память, Гоголь!Сначала по селу прошел слух, что едет уездный начальник, затем выяснилось, что сегодня именины жены пристава.

28 мин
Saqqallı uşaq

Прежде чем начать свой рассказ, я хочу предупредить, что иные дети имеют дурную привычку, взяв огрызок карандаша, тут же расписывать стены домов. Иные пользуются для этого даже углем или мелом. Что там уголь и мел, я знаю таких испорченных детей, которые берут в руки гвоздь или ножик и давай царапать и уродовать стены.Я очень недолюбливаю детей, которые пачкают стены, потому что, если ты хороший мальчик и хочешь писать, возьми листок бумаги, карандаш, присядь где-нибудь и пиши в свое удовольствие.

19262 мин
Xanın təsbehi

Со станции Евлах, расположенной между Тифлисом и Баку, шоссейная дорога идет через Барду в Агдам и оттуда подымается к городу Шуше. Из Агдама шоссе заворачивает налево, к Карабулаху, или, как называют его по-русски, Карягино. Отсюда оно идет к Джебраилу, и наконец выходит на берег Аракса, к известному Худаферинскому мосту, по которому переходят в Иран.Несколько лет назад мне привелось перейти через этот самый мост и подняться в иранские горы. Здесь начинается Карадагская провинция, простирающаяся до самого Тебриза. Влево от нее живут шахсеваны, вправо, по берегу Аракса, тянется граница кавказского Азербайджана.

7 мин

Стихи других поэтов · Сатира