Acıqnan
Professor Köprülüzadə danışdıqca mən də danışacağam.
Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
İndi acığnan mən də bir para sirləri açacağam və bizim dostlarımızın bir çoxunun paxırlarını çıxaracağam.
Hı!! İndi canını hara qoyacaqsan? Yadındadırmı, bildir qiraətxanaların birində Tövfiq Fikrətin kitabını açıb oxuyurdun. Bir para yerlərini oxudun, gəldin çıxdın “Rübabi-şikəstəyə” və “Sis” sərlövhəli parçaya yetişib, cuşə gəldin. Oxudun, oxudun və bir az da oxusaydın, yəqin ki, özündən gedəcəkdin. Mən burada gülməyə başladım.
Sən məndən soruşdun:
– Niyə gülürsən, əfəndim?
Dedim:
– Sənə gülürəm.
Səbəbini soruşdun və mən də sənə cavab verdim:
– Yəqin ki, sən orada oxuya-oxuya elə sözlərə və ibarələrə rast gəlirsən ki, heç mənasını özün də qanmırsan.
Aşnam dayandı və belə oxşayırdı ki, mənim sözlərimi xoşlamadı. Dedi:
– Hansı sözləri qanmıram?
Mən kitabı aldım və orada bir-iki ləfz tapdım və mənasını soruşdum. Aşnam dayandı və üzünü qapıda duran xidmətçiyə tutub dedi:
– Orada kitabxanadan “Əxtəri-kəbir” lüğətini bura gətir.
Dedim:
– Xub, bəs, Şəmsəddin Saminin lüğətini qoyub, qeyri lüğət axtarırsan?
Cavab verdi ki, “Şəmsəddinin lüğəti xırda-mırda və kiçik-miçik yazıçıların əsərlərini oxuyub qanmaqdan ötrüdür. Amma Tövfiq Fikrət kimi dünya hələ görməmiş bir qələm sahibinin əsəri-xaməsini qanmaqdan ötrü dəxi də dərin ərəb lüğətlərinə baxmaq lazım gəlir”. Mən də o vaxt bir söz dedim: “Nə şiri-şötör, nə didari-ərəb”, yəni nə elə dil lazımdır, nə də belə axtarmaq.
O vaxt sən güldün...
İndi isə mən gülürəm...
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 31 oktyabr 1925, №44
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-aciqnan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Molla Nəsrəddinin qamusül-əlamından:Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır.
Poçt qutusuLənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.
Niyə məni döyürsünüz?A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.
İran təqvimindənBu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.
Стихи других поэтов · Сатира
Kürd çaldıqca boru çingənə oynar, derlər, –Bir məsəldir ki, demiş Türkiyə iz’anlıları.
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
Ağam caniÜzümdə zahir etsəm nuri-imani, ağam cani,Düşürrəm ərşi-əladən Məsihani, ağam cani.
«Şərq qadını» məcmuəsinin bir illik bayramınaSən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.