Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.

Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.

Çikaqo şəhərində beş min qız hökumətə bildirir ki, əgər arvadlara tamam müsavat verilməsə, onlar heç bir vaxt ərə getməyəcəklər və çalışacaqlar ki, bütün Amerika qızlarını da özlərinə köməkçi çağırıb, kişiləri baykot eləsinlər.


A canım, mən bu xəbərləri oxuyanda özümü ya yuxuda və ya “gipnotizm”, yəni sehirlənmiş hesab edirəm. Hə!.. Hə!...

Amma arvadların bu dərəcə həyasızlıqlarını, “Din və məşəqqət” demişkən dünya yaranandan bu yana heç eşidibsinizmi?

Arvad hara, müsavat hara? Əgər onlara müsavat lazım olsaydı, Allah onları saçı uzun, ağlı qısa yaradardımı? Əgər onlara müsavat lazım olsaydı, Allah onları üzləri tüksüz yaradardımı? Arvad dedin dəxi nə qaldı ki, utanmaya-utanmaya haqq-hüquq da axtarsınlar!

Vallah, mən bilmirəm ki, bizim bəzi axmaq yazıçılar nə istəyirlər? Deyəsən haqq və müsavat kişilərimizin başından daşıb ki, hələ arvadlara da pay axtarırlar.

Fərzən ehtimal edib deyək ki, bizdən savayı bütün dünyanın arvadları özlərini öldürüb çalışdıqları və onlara bir çox kişilər də yardım etdikləri üçün, bir az haqq və ixtiyar verilsin. Lakin bu İran yazıçılarına nə düşüb ki, öz-özlərini zəhmətə, həbsə salıb arvadlarımızın dərdlərini çəkirlər və götürüb Təbrizdə çıxan “Söhbət” qəzetində yazırlar ki:

“Bir millət bir əza hökmündədir.

Əgərçi atamız həzrəti-Adəm övrəti öz qabırğası bilirdi və hər yerdə yanınca dolandırırdı, amma bu iş bizim qeyrətimizə sığışmadı, dedik: “Qabırğasız dolanmaq, kəc qabırğadan yaxşıdır”.

Kəc qabırğanı evdə gizlətdik. Əlbəttə əzadan ki, bir zad əskik olsa, şikəst hökmündədir.

Necə ki, şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. Qalmışıq məəttəl! Həm könlümüz adam olmaq istəyir, həm arımıza gəlir ki, kəc qabırğanı öz üzvümüzdən bilək.

Ya gərək, Allah bu qeyrəti bizim əlimizdən ala, biz də övrətləri kəcdidə – öz üzvümüz bilək, ya da ki, bizdən özgə cəmi dünya məxluqunun Allah qəlbinə sala, onlar da bu kəc qabırğanı evdə qoyalar. O vaxt bizi eybəcər, şikəst gözündə görməzlər. Əgərçi bu lap çətindir: tamam dünya top-topxanaları ilə yığışalar, – kəc qabırğanı yerində oturda bilməzlər. Hər yerdə hazır-nazır olmaqları bəs deyil, vəkil olmağa da çalışırlar.

Hələ, ağıllı adamlar deyirlər ki: “hər məmləkətə məşrutiyyət, elm və tərbiyət gəlsə, övrətlərin qafasına girər”.

Bunu eşidəndən, övrətimə tapşırmışam qafasından mütəvəcceh olsun ki, tərbiyət girməsin.

Seyid Hüseyn”.

Bu sözləri, yenə bir imansız müsəlman yazsaydı!…

Nə isə…

Axır, heç belə şey olarmı ki, həm özün “seyid”, həm adın “Hüseyn” ola-ola götürüb elə məsxərə və hədərən-pədərən yazırsan!

Bunlara heç deyən yox ki, ey baba, bir tikə çörəyin varsa, otur rahat ye, iki günlük dünyada kefinə bax! Xalq nə cür, sən də o cür. “Kilimə bürün, el ilə sürün”. Yoxsa, nədir, nədir kəc qabırğadan ötrü İran məşrutəxanasına, yəni seyyidül-mühəqqiqin və şeyxüssəliminin həbsxanasına girmək?

Nə deyim, vallah sənə müstəhəqdir.

Oğlanlar barəsində bir şey yazsaydın yenə… Nə isə…

Məsələn, “İrani-nov”un 49-cu nömrəsində yazılan kimi, götürüb yazaydın ki, “Seyid Əbdülqəni Tənkabüni pəsəri-şönzdəh saləra iğva nümudə, çahar şəb qəbl, pünhanəş kərdə; hala miguyəd bətərəfi-Mazəndaran rəftə əst. Madəri-biçareyi-pəsər banaləvü zari, bənəzmiyyə təzəllüm nemud. Jandarmi məxsus badəsteyi-sərbazi-məmur və rəvaneyi-tərəfi Mazəndaran nemudə ki, pəsərra ricət dəhəd”.

Bax nə demişəm! Belə xəbər yaz ki, hamının xoşuna gəlsin. Axır qızın özü nədir ki, dərdi nə olsun? Məgər atalarımızın sözü yaddan çıxıb ki, “göy dolağım sağ olsun, tapılmayan qız osun” – buyurublar.

Yox, əgər beyninə girib ki, gərək qızlardan ötrü bir zad yazasan, barı “Şərqi”in 22-ci nömrəsindəki əhvalatı yaz ki, “Əlixan nam bəxaneyi-Yusifxan rəftə dər surəti ki əyali-Yusifxan dər xanə nəbudə və çaquyi-dər dəst daştə doxtəri-zəni-Yusifxanra izaleyi-bəkarət nemudə. Komisər bəd əz ittila əz vaqeə, pədərü madəri tərəfeyn və doxtərü pəsərra bəcəhəti-təhqiqü kəşfi-çigunəgi hazir nemudə, təhqiqati-ibtidai bəəməl avördə. Bərayi-təhqiq doxtərra bənəzdi-do nəfər qabilə forustadənd, cəvab dadənd ki, kari-sabiqəst; dəxli-diruz nədarəd. Həmsayəgan təəccüb mikonənd ki in doxtəri-hicabürrəayə bəəməli-şəni həmişə çe gunə mortəkib mişod”.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 8 noyabr 1909, №45

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vəlvələ

Mart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar.Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular.

2 мин
Şadlıq xəbəri

Hər dəm əz in baği bəri mirəsəd,Tazətər əz tazətəri mirəsəd.

2 мин
Şəfqət bacısı

Oxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi.Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir.

2 мин
Yollarımız

Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.

2 мин

Стихи других поэтов · Сатира