Страница 3 из 3 · 67%

Bala Sultan sözünü qurtardı və cahıllar bir söz demədi. Bir qədər keçəndən sonra, kəndlilərin biri üzünü bizə səmt tutub dedi:

– Ağalar, biz sizi yaxşı tanıyırıq. Sizin əsil kökünüzə bələdik. Seyid olmayın, istəyirsiniz nə olursunuz olun, – insana etibar yoxdur. Üç il bundan irəli iki nəfər seyid padşahlıq yolunda bir ermənini öldürüb, cibindən iki manat yarımını çıxartmışdılar. Naxçıvanda bu iki yoldaşın sözü çəp gəlir və birisi gedib nəçəlnikə, erməni öldürməklərini xəbər verir. Biz sizin kimi seyidlərə etibar eləyib özümüzü badifənaya verə bilmərik, yazığıq. Bizi Sibirə aparandan sonra, siz ki, gəlib bizim uşaqlarımıza çörək qazanıb sahiblik eləməyəcəksiniz?

Haman kəndlinin sözünə qüvvət verib, cahıllar başladılar qaim səslə deməyə:

– Xeyr, xeyr! Heç vaxt etibar eləmək olmaz! Heç vaxt inanmanıq.

Bala Sultan genə bizə köməyə gəldi və kəndlilərə başladı deməyə:

– A balam, axmaq-axmaq danışmayın, bu kişilər siz dediyiniz adamlardan deyillər, niyə bu qədər boş-boş danışırsınız.

Cahıllar səs-səsə verib çığırışmağa başladılar.

– Vallah, Sultan ağa, heç ola bilməz! Dünyada heç kəsə etibar yoxdur. İranın naməlum seyidləri hara, biz hara! Sultan ağa, heç ola bilməz!

Biz başladıq yalvarmağa:

– Ay Allah bəndələri! Biz xata elədik ki, gəlib bura çıxdıq?! Allahı sevirsiniz bizə izn verin, qoyaq gedək işimizə! Cəddimiz peyğəmbərə and olsun, bir yanda bir söz ağzımızdan qaçırmanıq.

Kəndlilər daha ucadan başladılar çığırmağa:

– Ola bilməz!.. Ola bilməz!.. Yerinizdən tərpəşməyiniz, yoxsa güllələrik!

Daha sonra nə oldu, nə olmadı, – yadımda deyil. Orası məhz yadımdadır ki, cahıllardan bir neçəsi bir-birinin qulağına bir şey pıçıldaya-pıçıldaya yavaş-yavaş başladılar bizə səmt yavıqlaşmağa, yoldaşım başını pəncərənin içinə çoxub, başilə pəncərənin şüşəsini para-para edib özünü bir növ həyətə saldı. Onun dalınca mən özümü haman pəncərədən saldım həyətə və düşdüm yoldaşımın üstə. Kəndlilər çığırdılar:

– Qoymayın o namərdləri getsinlər!

Mən düşən kimi, başladım qaçmağa, amma yazıq yoldaşım yerindən hərəkət eləyib bir-iki qədəm qoyub, genə yıxıldı yerə; sonra durdu ayağa və axsaya-axsaya mənim əlimdən yapışdı və biz ənvai-müsibət ilə kəndin içindən, itlərdən özümüzü qoruya-qoruya, çıxdıq kəndin kənarına.

Axırı bir tövr özümüzü sürüyüb yarıcan saldıq erməni kəndinə və bir tövlədə yatıb sübh tezdən ac-acına yola düşüb, axşam vaxtı gəlib yetişdik “Nurcaman” kəndinə. Çox yavaş yeriyirdik; çünki yoldaşımın sağ ayağı bərk incimişdi və yazığa nəhayət əziyyət verirdi. O mərtəbədə qorxmuşduq ki, vətənə qayıtmaqdan savayı qeyri bir şey yadımıza düşmürdü… İki gündən sonra Arazı keçib İran torpağına yetişdik və əliboş, kor-peşman çatdıq kəndimizə və qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik.

Əhvalatdan bir il sonra, genə yolumuz Rusiya torpağına düşdü. Qəsdimiz İrəvana gəlmək idi. “Zurnalı” kəndinin yanından keçib gecə yatdıq “Ulağlı” kəndində. Bura ilə “Zurnalı”nın arası ağacyarımdır. “Zurnalı” kəndindən, Bala Sultandan və kəndin qeyri əhvalatından söhbət saldıq ki, bəlkə keçən il kişmiş karvanının qarət olmağından, dəvəçilərin ölməyindən bir xəbər bilək. Amma artıq təəccüb elədik ki, heç bir kəsin yadına bir belə əhvalat gəlmirdi. Sonra kəndlilərdən biri bizdən soruşdu:

– Ağalar, yoxsa “zurnalılar” siz ilə kişmiş oyunu oynayıblar?..

Məhz burada biz başa düşdük ki, “zurnalılar” nə kişmiş qarət ediblər və nə dəvəçi öldürüblər: bunlar ancaq bizim ilə “kişmiş oyunu” oynayıblar. Və məhz indi başa düşdük ki, “zurnalılar” bizim başımıza “kişmiş oyununu” gətirməkdən məqsədləri ancaq bizi kənddən qaçırtmaq idi; çünki biz akoşkadan özümüzü yerə salıb qaçan zaman onlar bizi güllə ilə də vura bilərdilər, tutub öldürə də bilərdilər…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dörd yüz qız

Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.

3 мин
İstifta

Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.

4 мин
Məscidlər

Hamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.

3 мин
Məəttəl

Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:

1 мин

Стихи других поэтов