Meşədə
Bekker bir ingilis alimidir. Bu cənab 1889-cu ildə gedib Afrikanın hər bir yerini gəzib. Hər bir meşələrini dolanıb və meşələrdə qalan bəni-noi-bəşərin əhvalatını cəm eləyib ki, axırda bir kitab yazsın.
Həmin Bekker bu günlərdə Misirin Qahirə şəhərindən idarəmizə bu məzmunda bir kağız yazıb göndərib:
“Molla Nəsrəddin” idarəsinə ərz olsun.
Bəndənin xəyalı Afrika məmləkətini gəzib qurtarandan sonra İran və Qafqaz meşələrinə səyahət etmək idi. Amma indi görürəm ki, qocalmışam və dəxi bundan artıq dolanmağa və zəhmət çəkməyə imkanım yoxdur. İndi hazırlaşıram gedəm Londona və orada bir az rahat olandan sonra cahannaməmi yazıb tamam eləyəm. Bununla bərabər, çox təəssüf edirəm ki, İran və Qafqaz meşələrini ziyarət etmək mənə qismət olmadı: hərçənd Afrika meşələrində çox əcayib insanların vəhşi işlərini təfsilən yazmışam ki, oxuyanları heyrət götürsün və mənim kitabıma müştaq olsunlar, amma onu bilirdim ki, Qafqaz və ələlxüsus İran meşələrindəki məxluqat Afrika meşələrində olanlardan geri qalmazlar.
Amma bü günlərdə ittifaqən sizin məcmuənizin 39-cu nömrəsi keçdi əlimə. Həmin nömrənin səhifəsində yazılmışdı ki… şəriət dərsinin müəllimi müsəlman uşaqlarının birisinə aşiq olub və uşağa eşqbazlıq şeirləri yazıb və haman şeirləri uşaq göstərib atasına və atası da istəyib müəllimi döysün və müsəlmanlar yığışıb deyiblər ki, “eh eybi yoxdur”.
Bu fəqərəni oxuyan kimi mən genə bir xəyala düşdüm ki, inşallah təhiyyeyi-tədarükümü görüb Qafqaz və İran torpağına səfər edəm. Əgər Allah-taala əcəldən aman versə, bir həftədən sonra xidmətinizə yetişərəm və sizin vilayətin meşələrini dolanıb və əhalinin qəribəqəribə işlərindən sizə məlumat verərəm ki, bəlkə təzə ilin əvvəlinci nömrəsindən başlayıb “Meşədəkilər” ünvanında mənim xəbərlərimi çap edəsiniz. Hələ ki, xudahafiz.
Sizə duaçı Bekker.
Qahirə, 12 dekabr 1906
İdarədən: cənab Bekkerin məktublarını təzə ilin əvvəlinci nömrəsində çap etməyə başlayacağıq.
“Molla Nəsrəddin”, 29 dekabr 1906, №39
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-mesede
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Allaha şükür olsun ki, axırı Bakıda da əmin-amanlıq bərqərar oldu. Doğrudan da, mən həmişə Bakının işlərini eşidəndə xarab olardım: həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verirdi, heç bir yanda olmayan və eşidilməyən bir iş idi: gün olmazdı ki, küçə və bacada adam ölməsin, adam yaralanmasın, adam oğurlanmasın, heç kəs cürət eləyib küçəyə çıxa bilmirdi. Millətlər içində biabır olmuşduq. Xülasə, indi Allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində götürüldü. Xudayi-taala dərgahından istədiyim budur ki, şəhər rəislərimizin və idarə üzvlərinin və cəmi şəhər rişsəfidlərinin bir neçəsinin ömrünü tulani eləsin.Vaqeən, insan fikirləşdikcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, insan dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur.
Ticarət xəbərləriKeçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər.
Pillə-pilləPillə pillədir.Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.
XanımlarSerbiya məmləkətində səkkiz min xanım hökumətdən izn istəyiblər ki, Avstriya hökuməti ilə Serbiya hökuməti dava başlasa, xanımlar çıxsınlar meydana və kişilər ilə bərabər düşmənlə dava eləsinlər.Buna heç sözüm yoxdur; çünki hər bir kəsin ixtiyarı özündədir, insan faili-muxtardır, hər kəs nə xahiş eləsə, eləyə bilər, hər kəs nə danışsa, nə yazsa, yaza bilər, danışa bilər; amma sözüm burasındadır ki, bu xəbəri eşitcək mənim yadıma bir şey düşdü.
Стихи других поэтов · Сатира
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Gəldi “Babayi-Əmir...”Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Cavablar cavabıНашей душою наука была, - почему же,Родину к свету наука вела, - почему же,
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdansonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqqulu