Bu günlərdə bir böyük əngələ düşdüm.

Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi.

Bir gün bacımın ərindən bir məktub aldım; yazılmışdı ki, Pəricahanın uşağı oldu.

Mən lap çaşdım; çünki bir tərəfdən xəyalım bacımın doğmağına getdi, bir tərəfdən də elə xəyalıma gəldi ki, bəlkə biçarə naxoş uşaq ölübdür (naxoş uşağın adı Movlamverdi idi).

Bütün günü kağızı dəli kimi o mirzəyə göstərdim, bu mollaya göstərdim; biri oxuyur deyir ki, bacın doğmuş olacaq; biri deyir ki, azarlı uşaq ölmüş olacaq.

Labüd qaldım ki, tel vurub işin həqiqətini öyrənəm; Allah rast saldı ki, teleqraf rusca yazılmışdı; yoxsa ərəb hürufatı ilə mətləb açılmayacaq idi.

Cavab gəldi ki, bacımın bir uşağı oldu.

Amma Allah rast saldı ki, teleqraf rus dilində gəldi. Yoxsa bizim ərəb hürufatı ilə gəlsə idi, bilməyəcəkdik ki, uşaq olub, ya ölüb.

Mığmığa

“Yeni yol”, 28 sentyabr 1922, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира