Müftilik məsələsi
İndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.
On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.
Bir tərəfdən seçik üsulu, – necə ki məlumdur, – müsəlmançılığın tarixinin əvailində başlanıb; demək, bu üsulun tərəfdarı olmaq biz müsəlmanlar üçün təbiidir. Digər tərəfdən işin çətinliyi buradadır ki, əgər duraq intixab söhbətini ortalığa gətirək, onda iş uzanacaq və bu uzanmağa da müftilik mənsəbini axtaran cənabların doğrusu tabü tavanaları yoxdur və necə bunları qınamaq olar?
Bir gör neçə ildir müntəzirdirlər! Ərizələr gör neçə ildir yazılıb!
Hələ bundan sonra da gəl gözlə görüm millət intixab məsələsini nə vaxt öz ixtiyarına alacaq.
Söz yox, bu oldu bir uzun iş və həmin bu səbəbdən məsələ çox çətin sürət bəhəm eləyib. Əgər duraq intixab məsələsinin dalına düşək, onda müftilik kanditatlarının ürəyi sıxılacaq. Və əgər duraq bunlara kömək edək ki, ərizələri tez qəbul olunsun, onda hökumət özü görəcək ki, seçki üsuluna biz müsəlmanlar ləyaqəti olmayan bir millətik.
Doğrusu, mən bu işdən baş çıxarda bilmirəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 mart 1917, №4
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-muftilik-meselesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu kitabçada ədəbə dair yazılan nəsihətləri yəcucu dilindən tərcümə etmişik ki, millət uşaqları oxuyub əməl edələr, çünki insana əvvəl lazımdır ədəb, sonra dərs (Yəni bəzi rəylərə görə dərs o qədər də vacib deyil).Küçədə gedəndə:
Keçən günlərKeçən günə gün çatmaz…*Atalar sözü*
CavabƏhməd bəy Ağayev cənablarına(Müştəri məsələsi)
Şirin rusi danışanBu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:Rus – Nu, master, kak pojivayete?
Стихи других поэтов · Сатира
Gəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
Səbətə ithafGörüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,