Müsəlla
Bu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.
Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Yəni başıaçıq, ayaqyalın çölə çıxdılar ki, Allahlarına yalvarıb-yaxarsınlar, bəlkə Xudavəndi-aləm göydə olan yağış anbarlarının heç olmasa birisinin ağzını açıb, müftə sudan bir az yerə töksün və yanan əkinləri sirab eləsin ki, biçarə əkinçilər qışda çörəksiz qalmasınlar.
Hətta xırda-mırda çölmə-cocuqları da özləri ilə apardılar ki, bəlkə böyüklərin günahı çoxdur. Heç olmasa Allahın kiçiklərə yazığı gəlsin.
Mollalar əmmamələrinin ucunu açıb sallatdılar, əllər göyə qalxdı, Quranlar açıldı, böyüklər də yalvardılar, arvadlar da yalvardılar. Hətta kiçiklər də atalarının vəsiyyəti ilə əllərini qalxızıb yalvarmağa başladılar ki;
– Ay Allah, sən bizim atamıza pəpəş ver ki, biz də ac qalmayaq.
Qardaş, yağış gəlmədi ki, gəlmədi. Nə göyə qaldırılan əllər, nə də iltimaslar-yalvarışlar bir iş görmədi.
Nə havada bulud göründü, nə də yağış yağdı.
Nə eləmək?
Bəndənin Xaliqə bundan artıq gücü düşməz. Öz yaratdığı insanlardır. İstər yağış göndərər, istəməz göndərməz. Özü bilən məsləhətdir. Məni düşündürən bu kafir amerikalılardır. Deyirlər ki, biz göydən gələn yağışın istədiyi ilə dolana bilmərik. Özümüz özümüz üçün yağış yağdırmalıyıq. Məsələn:
Axırıncı teleqram xəbərlərində belə bir xəbər vardır ki, bir nəfər amerikalı bir maşın düzəldibdir, istədiyi vaxt yağış yağdırır.
Bu kafir amerikalının nə müsəlman dinindən, məharətindən xəbəri var, nə də yağış yağdırmaq üçün Allahı çağırır, nə də peyğəmbəri.
İstədiyi vaxt bu maşını qoltuğuna vurub, gedir bir uca yerdə qurur və bir neçə dəqiqədən sonra açıq və boş havanı buludlar bürüyür və həmən binamaz amerikalıya lazım olan qədər şıdırğı ilə yağış yağır. Məni yandıran da burasıdır ki, bizim dua eyləməkdən dilimiz tük gətirir. Yağış gözləməkdən gözümüzün kökü saralır, bir şey çıxmır. Amma o biri tərəfdən bir murdan amerikalının biri istədiyi vaxt, istədiyi qədər yağış yağdırır.
Ey yeri, göyü yoxdan yaradan Allah, ya bir yolluq de ki, ey pak olan İslam camaatı! Eşit və inan ki, bunların hamısı qeyri-mümkündür. Yağışın başqa təbii qanunları var ki, onu da namazsız amerikalı işçi tapıbdır. Ya da ki, Müsəllaya çıxıb, toz-torpaq içində yağış axtaran bizim kimi insanlarına yazığın gəlsin.
Dəli
“Molla Nəsrəddin”, 5 dekabr 1925-ci il, №49
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-musella-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müsəlman içində bir söz var, deyərlər ki, “Kor atın da kor nalbəndi olar”.Hələ bu qalsın kənarda.
Cuhudun məktubuBakıdan idarəmizə yəhudi dilində bir belə məktub gəlib:Cənab Molla Nəsrəddin! Dünən mən getmişdim müsəlman bazarına ev üçün bir-iki yemiş alam. Getdim durdum bir qoca dükançının dükanının qabağında və yemişin qiymətini soruşdum. Dükançı yemişləri tərəziyə qoyub çəkməkdə idi. Gördüm bir müsəlman bir özgə müsəlmana deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. Dükançı yemişləri qoydu qabağıma və mən də istədim yemişlərin pulunu verəm – genə gördüm bir müsəlman deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. İstəyirdim yemişləri vuram qoltuğuma və gedəm, bu heyndə naqafil daldan bir müsəlman yavıqlaşıb başımdan bir qapaz ilişdirdi, elə bərk ilişdirdi ki, şapqam girdi gözümə.
İsbati-həqqCənab Molla Nəsrəddin.Hərçənd böyüklərə “bilmirsən” demək biədəblikdir, amma mən deyəcəyəm ki, sən heç zad bilmirsən, dünyada heç zad qanmamısan, heç ruhun yoxdur, heç ağzının ləzzətini bilməmisən.
CəfəngiyatHər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.
Стихи других поэтов · Сатира
Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
DərvişAy Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Əcdadına çəkdi, pədərin mütləq unutduƏcdadına çəkdi, pədərin mütləq unutdu,Məb’usləri məclis ilə atəşə tutdu,