Vəkil
Müsəlman içində bir söz var, deyərlər ki, “Kor atın da kor nalbəndi olar”.
Hələ bu qalsın kənarda.
“Rossiya” qəzetinin 538-ci nömrəsindən belə məlum olur ki, Məmməd ağa Şahtaxtinski gəncəlilərdən bir az narazıdır.
Hələ bu da qalsın kənarda.
Məmməd ağa Şahtaxtinski Şeyx Fəzlüllahın başına and içinr ki, Rusiya hökuməti biz müsəlmanları özgə millətlərin hamısından çox istəyir.
Hələ bu da qalsın kənarda.
Amma gəncəlilərə bircə söz demək istəyirəm. İstəyirəm deyəm ki, Məmməd ağa Şahtaxtinskidən inciməsinlər.
Və buna üç səbəb var:
Əvvəlinci səbəb budur ki, Məmməd ağa gəncəlilərin vəkili deyil idi, İrəvan quberniyasında yaşayan müsəlman camaatının vəkili idi.
Məmməd ağanı gəncəlilər seçməyiblər, İrəvan və naxçıvanlılar seçiblər, belə olanda nə gəncəlilərin haqqı var Məhəmməd ağadan inciməyə, nə bakılıların və nə də qeyri müsəlmanların. Həyə Gəncədə Məmməd ağanı istəməyən altmış adam tapılsa mən sənə İrəvandan altmış min xan taparam, Naxçıvanda altmış min bəy taparam, Danabaş kəndindən altmış min kərbəlayı və Uzunobadan altmış min hacı taparam ki, Məhəmməd ağadan yerdən göyə kimi razı olsunlar.
Bu əvvəlinci səbəb.
İkinci səbəb də budur, bu işlərin heç birinə təəccüb eləmək lazım deyil, ondan ötrü ki, “Kor atın da nalbəndi olar”.
Bu ikinci səbəb.
Üçüncü səbəb də budur ki, Allah taala hər adamı bir cür yaradıb və dünyada bu qədər məxluqatın içində iki adam tapa bilməzsən ki, birbirinə oxşasınlar. Bir tərəfdən görürsən ki, Tehranda vəziri-daxilənin təhriki ilə Seyid Məhəmməd-taği camaatı innadırır ki, qanuni-əsasi lazım deyil, bir tərəfdən Məmməd ağa Şahtaxtinski bizi istəyir inandıra ki, bəlkə padşahlıq duma heç müsəlmanlara lazım deyil. Amma bir tərəfdən də qanuni-əsasi və padşahlıq duma üstündə hədsiz qanlar tökülür.
Müxtəsər ki, heç kəs heç kəsə oxşamır. Nə Gəncənin məktəbdarları Peterburqun məktəbdarlarına oxşayır, nə Səlyanın arabaçıları özgə millətlərin arabaçılarına oxşayır, amma bunların hamısı ilə bərabər hərdənbir “Əcayibül-məxluqat” kitabını qürbətdə açıb baxanda cəmi qohum-qardaşlarımı, dost-aşnalarımı və həmşəhrlilərimi və həmvətənlərimi o kitabda görürəm. Və həmişə görəndə çox sevinirəm və öz-özümə deyirəm: “Buy, Allaha şükür, deyəsən elə lap öz vilayətimizdi”.
Dəli
“Molla Nəsrəddin”, 17 sentyabr 1907, №35
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-vekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İran vüquatına dair*Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.
ZiyarətSən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”.Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını?
QurtarıbDünyada heç bir şey bir qərarda qalmır. Ay, gün, yer, ulduzlar və biz gördüyümüz aydan, gündən, yerdən və ulduzlardan savayı genə milyon-milyon bu tövr aylar və ulduzlar, yerlər və günlər var ki, milyon-milyon illərin müddətinə hərəkətdədirlər.Deyirlər ki, yer durub – yalandı. Deyirlər ki, gün durub amma yer hərəkətdədir – bu da yalandı. Xülasə, dünyada tək bircə Ordubad şəhərindən savayı heç bir şey yoxdur ki, hərəkətdə olmasın.
DilMən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm.Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.
Стихи других поэтов · Сатира
Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
Hacı Nemət kişiGözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
Qəztələr tövqifini yalnız Sipəhdar əkməyirQəztələr tövqifini yalnız Sipəhdar1 əkməyir,Bizdə də əskik deyildir boylə biidraklər!
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.