Nə vaxt?
Ölülər elə bilir ki, dirilər halva yeyir. Nemət Bəsir cənabları (həyə, bu necə addı?!) elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. İrəvanlılar Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada münəzzəm gecə kursları var. Həştərxanlıların məktəbi bağlananda indi yəqin deyirlər ki, “Ax kaş biz tiflisli olaydıq ki, uşaqlarımız müfti və şeyxülislam şkolalarında elm (eyib olmasın) təhsil eləyəydilər”.
Şamaxılılar indi öz yanlarında, söz yox, həmşəhərliləri olan Hacı Seyid Məhəmməd Ağadan çox-çox narazıdırlar ki, onları atıb, gedib əyləşib Aşqabadda və çıraq öz dibinə işıq salmayan kimi, bu nainsaf, hər nə ki, əlindən gəlir, aşqabadlılara eləyir (və müzayiqə də ki, yoxdur: hava qaranlıq, su da lil! Hər nə bilirsən elə. Keçəl-küçələ Allah bərəkət versin!).
Xülasə, müxtəsər danışaq.
Nə vaxt oxuyaq, elm və fənn dalicə gedək? Nə vaxt ticarət və sənətə məşğul olaq və nə vaxt əhli-əyalımızın istirahəti üçün pul qazanmağa fürsət tapaq?
Hələ bunlar qalsın kənarda. Nə vaxt uşaqlarımız dərs oxusun?
Hamı bunu bilir ki, yay fəsli üç ay məktəblər bağlıdır. Yaydan sonra payız fəsli daxil olur: hava sərin, uşaqlar gəzib dinclərini alıb və həvəs ilə özlərini verirlər dərsə. Birdən gözlərini açıb görürlər, paha…orucluq gəldi!
Bəli, nimeyi-şəbandan eydi-fitrə kimi və hələ bir neçə gün də sonra, uşaqlar ibadətə məşğuldurlar (allah-taala qəbul eləsin).
Rəməzan gəldi keçdi, indi də rusların il axırı və rojdestvo bayramı gəlir. Bir tərəfdən də qurban bayramı. Bunların hamısını bir-birinin üstünə qoyanda tamam ay yarım tətil eləyir.
Maşallah hər yandan qazanırıq. Həmi öz bayramımız, həmi xaçpərəstlərin bayramı.
Bəli, bunlar da keçdi. Sonra məhərrəmlik gəlir. Dəxi bunu hamı bilir ki, zilhiccənin iyirmisindən “şaxsey” başlanır, ərbəində də ancaq müsəlmanlar ayılır. Aşura günü müqəddəslərimiz başlarını yarırlar, aşuradan da ərbəinə kimi gah ağlayırlar, gah da Aşqabadda Hacı Zeynalabdın Tağıyevin doqquz tay manufaktur malını oğurlayırlar. Axırda qaradovoylar gedib, baş yaran müqəddəslərimizin evində qana batmış pak və təbərrük ağ köynəyin yanından oğurluq malı tapıb, mübarək başların sahiblərini aparıb doldururlar rus həbsxanasına.
Bu da belə.
Sonra da ki, təziyələr və ehsanlar başlanır. Bir az da keçir, yay fəsli daxil olur və məktəblər bağlanır.
Məhərrəmlik Bakıda “Nicat” cəmiyyətinin gecə dərslərinin üox olmağına bais oldu. Amma zarafat qalsın kənarda, – bu günlərdə Bakıda bir həkim peyda olub, naxoşları isti təndirə soxub sağaldır. Bir naxoş övrəti haman həkim soxmuşdu təndirə, amma övrəti buxar vurur, yıxır odun üstünə. Övrət az qalmışdı ki, qovrulsun, kabab olsun, qonşular gəlib həkimin müalicəsini yarımçıq qoyub.
Bu da sənə həkim! Dəxi çox da özündən demə.
İndi “Nicat” cəmiyyətindən xahiş edirəm mənə cavab versin görək, kimdən ötrü istəyir kitablar çap edib dağıtsın? Və nə vaxt müsəlmanlar fürsət tapacaqlar ki, göz yaşlarını ətəkləri ilə silib, o kitabları oxusunlar?
Keçən il şeyxülislam məktəbinin uşaqları məhərrəmdə iki ay sinə vurublar, bu il də müfti şkolasının şagirdləri qurban bayramını iki ay bayram saxladılar.
Allah cəmi mömün balaların imanını kamil eləsin!
Bəs nə vaxt işimizə məşğul olacağıq?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 fevral 1910, №6
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ne-vaxt
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq.Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.
Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929)Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.
Həmidə! (1929)Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Стихи других поэтов · Сатира
Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Dün bir eşşəkxisal insanəDün bir eşşəkxisal insanəGəlməmiş xoş təraneyi-zənbur;
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,