“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.

Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

Ol vaxtlar mədrəsədə altmış nəfər şagird elm oxumağa məşğul idi, amma indi altmış nəfər şagirdin mədrəsədə ancaq on dörd nəfəri qalıb. İş o yerə yetişib ki, uşaq sahibləri müftə də qoymurlar uşaqları gedib dərs oxusunlar.


Allah Davudxan cənablarına ömür versin: bizi böyük zəhmətdən qurtardı; çünki vitse-konsul cənabları haman məktubda bir-iki söz yazıb və bu bir-iki söz işin əsl həqiqətini necə ki lazımdır bəyan edir. Yoxsa indi “Tərəqqi”nin 86-cı nömrəsi gedə çıxa Bolqariya, Serbiya və qeyri millətlərin içinə və onlar oxuyub görələr ki, Vladiqafqazda İran hacı və məşədiləri razı olmurlar ki, uşaqları məccani də gedib mədrəsədə dərs oxusunlar, əgər Davudxan cənabları mətləbi açmasaydı, müsəlmanları tanımayan əcnəbi millətlər elə bilərdilər ki, bəlkə mədrəsənin yolu Bakı müsəlmanlarının məhəlləsindən düşüb, ya bəlkə mədrəsədə qara əqrəb peyda olub ki, uşaqları sancıb öldürür, ya bəlkə mədrəsədə şagirdlərə Ağdaş hacıları satan undan çörək bişirib verirlər və haman çörək uşaqları şişirdir, axırda öldurur.

Allah ömür versin, Davudxan cənabları bizi qeyddən qurtardı.

Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir.

Niyə Vladiqafqaz iranlıları uşaqlarını “Novruz” mədrəsəsinə qoymurlar; müftə oxumağa da qoymurlar?

Ondan ötrü qoymurlar ki, vitse-konsul cənabları məktəbin məsarifini “veçer” vermək ilə və bu növ “haram” vasitələr ilə yığır.

“Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. Məlumdur ki, Vladiqafqazda verilən veçerlərə müsəlmanlardan savayı rus və qeyri millətlərdən də gələn olub və bu da yəqindir ki, “veçer”dən yığılan pulların içinə “kafir”lərin pullarından da daxil olub.

Qardaş, zornan ki, deyil? Mən istəmirəm ki, mənim uşağım belə “fənd”lər ilə cəm olan pullarnan dərs oxusun! Sözün nədir? Özüm də ki, pul vermək istəmirəm. Ya heç pulum yoxdur-uşağımı da oxutmaram.

Amma məktubun axırında konsul yazdıqları bu sözlər çox ləzzətli sözlərdir: “veçer” verib pul yığıram, deyirlər bu pullar haramdır, təklif edirəm ki, özləri pul yığsınlar, deyirlər ki, bu da haramdır; istəyirəm mədrəsəni bağlayam, buna da razı olmurlar. Deyirəm elədə uşağınızı gətirin, barı müftə oxusunlar, – bunu da qəbul etmirlər.


Vallah olmayacaq, beləliklə başa gəlməyəcək! Çoxdan suvanmış divara təzə suvaq çəkəndə lazımdır ki, köhnə suvağı qaşıyıb yerə tökmək, sonra təzə suvaq çəkmək. Yoxsa köhnə suvağın üstünə təzə suvaq çəksən, köhnəni də divardan qopardıb özü də tökülər yerə və divar sahibinin novruzunu “şami-qəriban”a döndərər.

Hacı ki, veçerdən yığılan pulu haram bilib, uşağını məktəbə qoymur, – dəxi burada heç söz danışmaq olmaz; çünki o belə qanır və belə də əməl eləyir. Lazımdır hacının əfkarının köhnə suvağını qaşıyıb tökmək yerə, sonra təzə suvaq çəkmək.

Bu da uzun işdir!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 oktyabr 1908, №41

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əslinə mütabiqdir

Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.

1 мин
Təbiət

Üfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.

1 мин
Əkin ustadları

Zəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir.Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir:

2 мин
Poçt xərci

Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmüəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil; çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.

1 мин

Стихи других поэтов · Сатира