Üfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.

Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.

Təbiət bunu təğaza edir.


Bu müqəddimədən sonra oxucularımın xidmətinə ərz olsun ki, axırıncı inqilabi-kəbirdən sonra bizim etiqadımız buna idi ki, dəxi camaatımız kifayət dərəcədə fanatizm yuxusundan ayılıbdır. Biz yəqin etmişdik ki, dəxi Vladiqafqazda axund-molla İsmayıllar ölüb getdilər. Biz mərc gələ bilərdik ki, əgər ölüdirildən axund-şeyx Nəsrulla (Xüda məkərdə) bir də molla İsmayılı dirildə, gətirib çıxarda onları Qafqaz minbərinə, dəxi camaat onun mövuzəsinə getməyəcək və axund korpeşman yenə qayıdıb, gedəcək hurilərinin yanına.

Amma belə deyilmiş: Bizim müsəlmanların mövhumat quyusu çox dərin imiş. Belə ki, indi də Vladiqafqazda mərhum axundun varisi axund-molla Hüseyn dad-bidad edir.

Bu yaxınlarda axund cənabları məsciddə islam qardaşları fizik elmindən leksiya oxuyurmuş və buyururmuş ki, “Hamamda sərfdən damcılayan damcılar hər kəsin başına düşsə, o kəs cinabət qüslu eləməlidir”.

Bir rəvayətə görə camaat bunu eşitcək ağlayırmış. Söz yox, ağlamalıdır. Çox da ağlamalıdır, çünki bu işləri səhl saymaq olmaz. Burada nəinki bir fərdin, bəlkə bütün millətin matəmini tutmaq yaraşar...


Bu lağlağını qurtarandan sonra Allah-taaladan isterham edirəm ki, nə qədər ki, Bakı şəhərində Həmşərilər məhəlləsi və Həmşərilər məscidi var, Allah-taala Şeyx Qəni axundun da vücudunu yerin-göyün bəlasından uzaq eləsin.

(Yuxarıda and içdiyim Allah-taalaya dübarə and içirəm ki, yer üzündə dəxi bu dərəcədə bəxtiqara millət mənim xəyalıma gəlmir).

Lağlağı

“Molla Nəsrəddin”, №15, səh. 4. 3/III – 1923

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qoçu xəbərləri

Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.

2 мин
İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 мин
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 мин
Məktəbdə çarşab, yaxud çarşabda məktəb

Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.

1 мин

Стихи других поэтов · Сатира