Dərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,Bomba parta-partnan, top atdılar, oyanmadım,Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.Müxtesər, hər bir əməl çıxartdılar, oyanmadım.Şəhrimizdə cəm olub cavanlar naz ilen gəlib,Qumarbaz, uşaqbazlar matuşkabaz ilən gəlib,Mar, meymun oynadan söhbətü saz ilən gəlib,Mütribi-xoşlehcəler pək xoşavaz ilən gəlib,Müxtəsər, hər bir əmel çıxartdılar oyanmadım.Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti,Müsəlmanlar bir-birin qırdı unudub qeyrəti,Hər gələn alim olub çapdı, taladı milləti,Mən yuxuda ol zaman çəkirdim rahət ləzzəti,Bumuma tikanlan uzatdılar, oyanmadım.Gördülər, yuxlamışam, hər kəs sınadı gücünü,Atlı atın üstümə, qurbağa saldı qıçını,Hoppanıb Araz bu tay yığıb dəranin bicini,Hiyləbazlar tutdular bütün Qafqazın içini,Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.Biz fəqira axın rahm eyləyib biganələr,Açdılar mədrasələr, klub, qiraətxanələr,Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr,“Molla Nəsreddin” dedi hər həftə bir əfsanələr,Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İcazeyi-ictihad

Cümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.

3 мин
Səhv

Bu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:

1 мин
Nə deyim

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:

1 мин
Təzə il

Təzə il gəldi yetişdi. Amma, doğrusu, köhnə ilə çatmaz. Məsələn, keçən il məscidlərimizin ehtiramı artıq dərəcədə idi, amma bu il Bakıda da, Gəncədə də müsəlmanları məscidə zornan çəkib gətirirlər. Keçən il İrəvan məscidində məhərrəmlikdə elə bir cəlal var idi ki, əcnəbilər uzaqdan baxıb həsəd aparırdılar.Məsələn, keçən məhərrəmlikdə iki zaviyədə və iki şəbistanda yüz pul şəkər işlənib, bir gecədə samovarlara min beş yüz sənək su daşınıb. Hər gecə iki boçka neft yanıb, iki put qəlyan tənbəkisi məsarif olunub. Amma bu il, rəvayətə görə, o qədər hazırlıq görsənmir. Hacı Həcmüddövlənin təqvimində də bu təzə ili pis yazıblar. Genə bərəkət keçən ilə.

1 мин

Стихи других поэтов