Qarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar.

Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar.

Bu ac həriflərin birinci niyyətləri yəhudi qırğınıdır, yəhudi millətini qətlü qarətdir; çünki bu həriflər Nikolay əsrinin dəstpərvərdəsidirlər.

Çin hadisəsinə çoxları qulaqlarını qırpıdıbdı. Ən çox Şuralardan inciklilər və inciyib qaçanlardı. Onlar üçün müharibə indilikdə ən bir arzu olunan bir məsələdir. Heç olmasa, dünya bulanar və mən arzuma çataram. İstər dünya dağılsın, qoy mənim arzum bəravərdə olsun. Həriflərin arzu etdikləri nədir?

Yuxarıdan aşağı düşənlər yenə yuxarı qalxmaqdır. Əmlakı zəhmətkeşlərə təqsim olunanlar yenə sahibkar olmaqdır. İxtiyardan düşən hakimlər yenə hökumət etməkdir və bizim bambılı molla və keşişlərimiz ki, indi küçələrdə savadsız iranlılara məktub yazırlar, bunlar da yenə avama padşahlıq etmək ümidlərini artırırlar.

Bəlkə də qaytardılar!

Bəlkə də qaytardılar!

Və lakin əbəs xəyal!

Mən ki, belə başa düşürəm, indi tamam yer üzünün zəhmətkeşi də bir özgə xəyaldadır.

İndi yer üzünün zəhmətkeşi bir-birilə əl-ələ verib deyir:

Yox olsun cahan müharibəsi! Ta ki olsun insanların sülh və asayişi!

Molla əmi

“Molla Nəsrəddin”, 1 avqust 1929, №31

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Darvin”çilik və kommunistlər

Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.

2 мин
Əfqan padşahı

Bu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə.Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır.

2 мин
Qurban bayramı və quldur yığıncağı

“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.Amma, nə vaxt?

2 мин
Xoşbəxt əksinqilabçılar

Əliheydər Qarayev yoldaşın “Pravda” qəzetində yazdığı məqaləsinə dair*Dünyada əksinqilabçılar iki qismdir:

2 мин

Стихи других поэтов · Сатира