Bu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə.

Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır.

İkinci məsələ də haman məsələdir ki, padşah cənabları Moskvada padşahın ziyarətinə şərəfyab olan müsəlmanların nümayəndələrinə fərmayiş edibdir; padşah buyurubdur ki, qadınları alçaqda saxlayan ancaq mollaların yalan moizələri və bəyanatıdır, nəinki müsəlman dinidir.

Dünən Bakıda, bazarda çayçı dükanında bir babi ilə bir molla əyləşib çay içirdilər və həmin söhbəti danışırdılar. Molla əfqan padşahının mollalar barəsində fərmayişini eşidəndə başladı coşmağa və haman saat cibindən bir balaca Quran çıxartdı və üzünü tutdu camaata və dedi:

– Biz mollalar, heç bir şeyi və heç bir sözü özümüzdən inşa etmirik, özümüzdən düzəltmirik. Bax, bu Quran; əvvəl açaq ikinci “bəqərə” surəsini; burada 2250-ci ayədə bir belə ibarə var: Vəlirricali əleyhünnə dərəcətün, yəni kişilərin dərəcəsi qadınlardan artıqraqdır.

Bu, bir.

İndi açaq otuzuncu “rum” surəsini və oxuyaq: Və min ayətəhu inn xəlqə ləküm min ənfüsükum əzvacən; yəni müxtəsər mənası budur ki, arvadlar kişilərdən ötrü xəlq olunublar.

Sonra açaq dördüncü “nisa” surəsini: burada açıqca yazılıbdır ki, “vəzribuhünnə”; yəni arvadlarınız sözünüzə baxmasalar, vurun onları; ancaq elə vurun ki, qan axmasın və sümüyü sınmasın (Axund Mirməhəmməd Kərim ağanın təfsirindən).

Çayxanada bir çoxlu camaat axundun sözünə qulaq asırdı. Elə ki, axund sözünü itmamə yetirdi, burada Bilal Müəzzin “allahü əkbər” deyib əzana şüru etdi.

Camaat da “allahü əkbər” vird edə-edə çıxdılar dükan qabağına və başladılar hərə lüləyin axtarmağa və əlinə hər lüləyin alan məscid həyətinə qaçdı.

Allahü əkbər! Allahü əkbər!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 may 1928, №20

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dava xəbərləri

Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.

2 мин
Bir para xəbərlər

Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.

2 мин
Novruz

“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

3 мин
Xoş amədi

“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

3 мин

Стихи других поэтов · Сатира