Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.

Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.

Qəzetələr yazırlar ki, Avstriyanın cavabı Məhəmmədəli şaha və ingilis hökumətinə xoş gəlmiyib. Bəlkə bunun nəticəsidir ki, Balkan dəryasına ingilis hökumətinin dörd hərbi gəmisi gəlib və şahın tərəfindən genə dörd hərbi gəmi Ənzəli dəryasından keçib Naxçıvan çayına. Və Qafqaz dağlarını ötüb konsul naibinin sərkərdəliyi ilə gəmilər keçəcəklər Qara dəryaya. Səkkiz yüz min də piyada qoşun Əmir Bahadırın rəyasəti ilə Yapon davasına gedir.

Davanın nəticəsi bağlıdır Hacı Nəcmüddövlənin təqviminə. Odur ki, ha bir ucdan təqvimdir ki, Tehrandan Avropa şəhərlərinə istənilir. Kitab burada lazım olar və belə kitab lazımdır yazmaq ki, “rus-meydan” lazım olsun. Yoxsa ha Bakı müəllimləri “İkinci il” adında qiraət kitabı yazsınlar. Bütün Qafqazda əvvəlinci dəfə yazılan qiraət kitabından indiyədək ancaq on altı cild satılıbdır; onun yarısı nisyə, bir qədəri də “nəxünək”.

Bütün Qafqazda bircə dənə qiraət kitabı; on altı cild, məktəblər açılan zaman, payızın əvvəl ayında (ürəyini sıxma, inşallah, xərmən vaxtı dağılar).

Hələ mənə bax, davadan danışa-danışa gör hara gəldim çıxdım. Bu xəbərlərdən savayı iki xəbər də var. Biri budur ki, guya İstambulda beş yüz molla cəm olublar küçəyə və bağıra-bağıra saraya yavuqlaşıb sultandan da tələb eliyiblər ki, qanuni-əsasini puç eləsin. Bir xəbər də budur ki, bir firqə əmələ gəlib qanuni-əsasiyə düşmənçilik göstərir və guya əl altından Sultan Əbdülhəmid də bu firqəyə daxildir.

Bir xəbər var ki, insanın ağlı kəsir, bir xəbər də var ki, insanın ağlı kəsmir.

Təklif arifindir.

Lağlağı

“Molla Nəsrəddin”, 6 oktyabr 1908, №40

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (28 noyabr 1923)

Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.

1 мин
Əzizim Həmidə! (18 dekabr 1923)

Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.

1 мин
“Kommunist” qəzetəsi idarəsinə

Rəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.“Molla Nəsrəddin” məcmuəsi müdiri:

1 мин
Əzizim Həmidə! (2 fevral 1924)

Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

1 мин

Стихи других поэтов · Сатира