Bir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı.

Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu.

“İrşad”ın həmin nömrəsində Əhmədbəy deyir ki, “bizi dünyada zəlil və axirətdə biçiz edən – cəhalətdir”.

Hələ dünyada zəlil olmağımız tutaq ki, doğrudur, amma axirətdə biçiz olmağımıza əgər Ağayevin əlində bir sübut varsa buyursun; yoxsa quru sözlə bizi naümid eləməyə haqqı yoxdur.

Oxucularımızdan iltimas edirəm ki, “İrşad”ın 79-cu nömrəsində Əhmədbəy bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər. Nə bilim “xüləfayi-raşidin” belə gəldi, “nəbiyüs-seyf” belə getdi; Teymur, Nadir, filan və bəhman…

Qadan alım, Ağayev, indi yay fəslidir, indi belə-belə məqalələrin vaxtı deyil; istidən adamın başı şişir. Qəzeti, ya kitabı açırsan ki, iki sətir oxuyasan, həmin saat adamı yuxu basır.

Yayın bu istisində kimdir altı sütunlu məqaləni oxuyan? Hələ üç həftə bundan irəlidə “İrşad”ın 67-ci nömrəsində “Qəribə mənzərə” adlı bekarçılıq məqaləsi var idi; o vədə dinmədik, “xətir” elədik.

Ey mənim əzizim, indi yaydır, indi sözü qısa demək lazımdır. Bax, müxtəsər, “niyə biz dünyada xar və zəlil olmuşuq?”. Vəssəlam! Dəxi burada tarix-marix lazım deyil; çünki onsuz da xalqın yuxusu gəlir.

Niyə zəlil olmuşuq? Vəssalam!

And verirəm oxucularımızı Allaha və peyğəmbərə ki, açsınlar “Hülyətül-müttəqin” kitabının 16-cı səhifəsini və görsünlər ki, orada sürmə çəkməyin fərayizindən nələr yazılıb: “Əz həzrəti-imam Rza əleyhüssəlam mənquləst ki, hər kira zəf dər basirə bəhəm rəsəd həft mil əz sürmeyi-səng dər vəqti-xab dər çeşm kəşəd, çəhar mil dər çeşmi-rast və sə mil dər çeşmi-çəp”; yəni imam buyurubdur ki, hər bir müsəlmanın gözləri zəif düşsə, gərək yatan vaxt dörd mil sürmə sağ gözünə çəkə və üç mil sol gözünə.

“Və dər rəvayəti-digər fərmud ki, sürmə kəşidən qüvveyi-cimara ziyad mikonəd”. Bunu tərcümə eləməyə utanırıq.

İndi gələk mətləbə.

Niyə zəlil olmuşuq? Ondan ötrü ki, gözlərimiz o dərəcədə zəifləşib ki, dünyada heç bir şeyi görmürük. Nədir bunun çarəsi? Əgər “Hülyətül-müttəqin” kitabının nəsihətini qəbul eləsək, bunun çarəsi gecələr yatanda gözümüzə yeddi mil sürmə çəkməkdir.

Yoxsa, Əhmədbəy yazan kimi, bir yandan deyirik ki, imam belə buyurub, bir yandan da gözümüz zəifləşəndə qaçırıq rus həkiminin yanına.

Vəssəlam.

O ki, qaldı nə bilim dəmir yol, telefon, teleqram – bunların mənasını Əhmədbəy başa düşmür.

Avropa millətlərini Allah-taala biz müsəlmanlar üçün xidmətçi qərar verib: qoy canları çıxsın, min-min zəhmətlərlə dəmir yol icad eləsinlər. Bir az qara puldur, ataram ağzına, minib gedərəm ziyarətimə.

Bəli, Əhmədbəy deyir: cəhalət, cəhalət! Yox, vallah, nə qədər canım sağdır, deyəcəyəm: sürmə, sürmə!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 iyun 1908, №23

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müsəlman teatrı

Bugünkü şənbə gecəsi Tiflis teatr heyəti Mixailovskidə “Vetsel” teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” nam komediyasını mövqeyi-tamaşaya qoydular.Qeyrətli oyunçular öz rollarını lazımınca bacarıb, hər kəsin məmnuniyyət və alqışını cəlb elədilər. Hərçənd arvad rolları təbii halınca deyildilərsə də, bu da o qədər qüsur sayıla bilməz. Çünki bu xüsusda uzun-uzadı biliyə və təcrübəsi olmayan kişilərdən arvadlardan təftari-nazükanə, müamilə və şivəyixüsusiyyətlərini gözləmək təbii ola bilməz. Bu cəhət və oynayanların minidə bir belə şeylərə məşğul olduqları nəzəri-insaf və mizanə alınarsa, demək olar ki, himmətli cavan oyunçularımız öz rollarını çox yaxşı ifa etdilər.

1 мин
Binəsiblər

Bunlar çoxdur: bircə Zaqafqaziyada bunlar yüz minlərlə hesablanır. Onlar dilənçilərə oxşayırlar. Həmişə cırım-cındırda, ac, yorğun. Onlar bizim həmvətənimiz deyildirlər, qonaqdırlar. Onlar buraya uzaq məmləkətlərdən işləmək üçün gəlmişlər və işləyirlər. Amma onlar son dərəcə yazıqdırlar. Çünki heç kəs onları sevmir, heç kəs onların fikrini çəkmir, onların qeydinə qalmır. Onları, buraxıb gəldikləri yerdə də sevmirlər, bizdə də sevmirlər.Nə üçün onları sevmirlər? Bunu heç kəs bilmir. Mən isə belə fikir edirəm: onları onun üçün sevmirlər ki, onlar cındır paltarlıdırlar, çünki onlar acdırlar.

2 мин
Xeyir-dua

İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.

3 мин
Əsarətdə

Böyük Şərq şəhərinin limanında yüzlərcə əcnəbi gəmisinə tələm-tələsik yük doldurub, yük boşaldırdılar...Minlərcə çinli, koreyalı yapon və rus fəhləsi üzlərində gərginlik, gözləri qan-yaşla dolu halda əcnəbi mallarla yüklənmiş ağır tayları və yeşikləri çəkib gətirir, onları təngnəfəs eləyən yükün ağırlığı altında tövşüyə-tövşüyə nəfəs alırdılar... Parlaq, mehriban günəş hambalların açıq kürəklərini, sinələrini və əllərini yandırır, elə bil istəyirdi ki, yoxsul əməkçilərin göz yaşlarını və qan-tərini qurutsun.

2 мин

Стихи других поэтов · Сатира