Təziyədarlar
Keçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar.
Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar.
- Yaşları
Bunların yüzdə yetmiş hissəsi beş yaşdan tutmuş on iki yaşa kimi balaca uşaqlardır. Yüzdə on beş hissəsi on üçdən iyirmi bir yaşa çatmışlardır. Qalan on beş hissəsi iyirmi ikidən otuz və otuz beşə çatanlardır.
- Sənətləri
Yüzdə əlli hissəsi oğru və cibgir və hambal, qəssablardır, aşpaz və mikidançılar, yüzdə beş hissəsi evgədələri və qalan beş hissəsi araba və fayton atlarını tumarlayanlar hissəsi və fayton-araba sürənlərdir.
- Adları
Çoxları kəblayı, azları məşədi və çoxu da “filanbala”lardır. İçlərində nə hacı var, nə molla və mərsiyəxan, nə mirzə və bəy və xan. (Hələ oxumuşları demirəm ki, lap mürtədirlər).
- Savadları
Bu yüz iyirmi dörd min cavanın yüzdə doxsan doqquzu yarım savadsızdır. Qalan yarım faizi növhəmi adətkərdə oxuyanlardır. Kitab oxuyan, kağız yazan bircə nəfər də yox. (Hələ elm oxuyanı demirəm ki, lap kafirdirlər).
- Evlilik barəsində
Bu cavanların yüzdə doxsan payı nişanlı axtaranlardır. Yüzdə beşi ikinci arvad axtaranlardır. Qalanları oynaş axtaran və göz-qaş atanlardır.
- Etiqad barəsində
Əgər bunların bir nəfərinin imama doğrudan ürəyi yanırsa, onların hamısının babalı mənim boynuma olsun.
Cırcırama
“Molla Nəsrəddin”, №29, səh. 4-5, 11\VIII-1923
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-teziyedarlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:
Gözəl millətHəmin bu gözəl millət – bizim müsəlmandır.O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.
LüğətAxır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.
Təfavütü yoxdurDeyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.
Стихи других поэтов · Сатира
О, свет очей моих, правдивый — не назовет тебя луной!Ее красу несправедливо сравнить с единственной, с одной!
Olacaq-olmayacaqİrza xan dün yenə vermişdi zakaz evdə qutab,Cecim üstündə noxud, lobla da bihəddü-hesab.
Saxtə bir xətti-xam ilə mənə kağız yazıbДетским почерком письмо ты подложно написал.Сколько всяческих угроз разбросал ты по письму!
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.