Keçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.

Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:

– Mən o ölənlərə o qədər təəssüf etmirəm. Ancaq vətənimizin gələcəyi barəsində mənim qəlbim çox qaralır və böyük naümidlik mənim üçün hasil olur.

Dedim:

– Necə?

Dedi:

– Bu məhərrəmlikdə şəhid olmaq fəqərəsi qorxuram ildən-ilə tərəqqi edə və belə getsə ingilislər Kitayı oda tutan kimi Təbrizi də od vurub yandıra bilərlər...


Məlum ki, zahirdə bu iki fəqərənin bir-birinə o qədər rəbti yoxdur və ravi cənablarının bu dərəcədə bədbinliyini biz yersiz hesab etdik; zira ki, imam yolunda şəhid olmaq məsələsinin Kitayda ingilis siyasətinə nə dəxli var?

Təbrizli yoldaşın sonrakı bəyanatından anlaşıldı ki, o nə demək istəyir.

Möhtərəm müsafirimiz mənə tərəf əyildi və qulağıma məhrəmanə surətdə belə dedi:

– Bu iyirmi üç nəfər baş yarıb ölən təbrizlilərin qanına bais çox böyük miqdarda ingilis pulları olubdur. Bu pulları ingilis xəzinəsindən qəbul edən və bu pulların həvəsinə ağköynək dəstələrinə qüvvət verən–müəyyən ruhanilərdir. Bu qədər pulları şühəda yolunda sərf etməkdə ingilisin məqsədi budur ki, müsəlmanların cəhalətini və həmaqətini intihayə yetirəndən sonra, yavaş-yavaş İranı sahiblənməyə əl qatsınlar və, Mirzə Melkümxan deyən kimi, hər bir kəs buna etiraz etsə, cavab versinlər ki, “biz gəlmişik Şərqin qaranlığını dağıdaq və yerinə Avropa mədəniyyətini qondaraq”.

Amma bu sözlərin heç biri mənim beynimə batmır: əgər hacı ingilislər məhərrəmlik büsatına rövnəq vermək babətindən pullar xərcləyirlər, bundan gərək anlaşıla ki, bu kişilərin qəlbində aləmi-zərrdən, imam məhəbbəti var və haman imam məhəbbəti də bu mömin bəndələri çəkdi gətirdi Ətəbati-aliyata sahib qıldı.

Heç dəxli var? Həm imam yolunda pullar ehsan ödəyəsən, həm də müsəlmanlar səndən bədgüman olalar?

Bu ingilis tayfasının heç bəxti yox imiş.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 2 oktyabr 1926, №40

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məscid

Belə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.

2 мин
Alım-satım

Mən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.

2 мин
İslam

Mənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin?Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin.

1 мин
Təzə il

Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.

3 мин

Стихи других поэтов · Сатира