Ustalipin
Neçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş vəzirinə niyə Stolıpin deyirlər, yəni “Stolıpin” nə deməkdir?
Cavab: bizim lüğətimizdə “Stolipin” iki mənanı göstərir. Biri budur ki, həmin baş vəzir bir qanun çıxartdı ki, hər kəs qonşusunun toyuğunu oğurlasa dar ağacından asılsın. Məlumdur ki, əvvəl günahkarı çıxardırlar stulun üstünə və boğazına kəndiri keçirəndən sonra ayağının altındakı stulun ipini çəkirlər, stul yıxılır və günahkar başlayır havada seyr eləməyə, Bu səbəbdən də həmin baş vəzirin adı “Stolıpin”dir, yəni “stolun ipin”.
İkinci məna usta “lipin”dir, “lipin” yapon dilində dəlləyə deyərlər. Belə güman eləmək lazımdır ki, dumaya yığışan sol firqələr çox çığırbağır salsalar, usta “lipin” ülgücü çıxardacaq və vəkillərin dalına həcəmət qoyacaq ki, qanları artıqlıq eləməsin, necə ki, Naxçıvan hamamlarında dəlləklər bir uşağın başına soyuq dəyəndə o saat çıxardırlar ülgücü və deyirlər ki, uşağın qanı artıqlıq eləyib və bu sayaq gündə bir-iki uşağı nənə-babalarına qonaq göndərirlər.
“Molla Nəsrəddin”, 3 mart 1907, №9
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ustalipin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil
Həmidə! (22 avqust 1925)Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.
Əziz ana!Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir.Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm.
Midhət!Lısoqorsk necə yaxşı idi!.. Ah, bir də haçan ora gedəcəyəm?.. Müzəffər və Münəvvəri öpürəm! Hələlik salamat qal, kefin həmişə kök olsun və yavaş-yavaş “dayna”nı tərgit.Əliş bəyə və Qəmərə salam.
Стихи других поэтов · Сатира
Deyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,
Zənn edərİnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,